Xəzərdə zəlzələ oldu

229

Xəzər dənizində zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:49-da, 3,5 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.