SOCAR tender elan edir

419

SOCAR “Neftqaztikinti” tresti polad abraziv materialına olan tələbatını təmin etmək məqsədi ilə tenderin müddətinin uzadılmasını elan edib.

Tenderdə iştirak etmək üçün müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi təqdim edilməlidir.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş)  və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 03.09.2020-ci il, 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilən ünvanına təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilən elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək satınalan təşkilata təqdim edilməlidir. 

Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla ən geci 10 sentyabr 2020-ci il 11:00-a qədər satınalmalar qrupuna təqdim olunmalıdır. Müsabiqə “Bağlı Zərf” prinsipi ilə yanaşı “iki zərf prinsipi” ilə həyata keçiriləcək. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla iki ayrı zərfdə təqdim edilməli, zərflərin üzərində müvafiq olaraq, “MALİYYƏ TƏKLİFİ” və “TEXNİKİ TƏKLİF” sözləri qeyd edilməlidir. Təkliflər Azərbaycan və ya İngilis dilində üç nüsxədə (bir nüsxədə əsli və iki nüsxədə surəti) ikiqat zərfdə bağlanmış, möhürlənmiş olmalıdır. İlkin olaraq, texniki təkliflərin açılması və qiymətləndirilməsi aparılacaq. Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim edən iddiaçıların təklifləri qəbul edilməyəcək.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaq.

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dillərində əldə etmək istəyənlər 59 AZN (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən ala bilərlər. 

Geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.