Çində balıqçı qayığının batması nəticəsində 10 nəfər itkin düşüb

239

Çinin Liaonin vilayətində balıqçı qayığının batması nəticəsində 10 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Nəqliyyat Nazirliyinin Beyhay şəhər xilasetmə bürosu məlumat yayıb. Hadisə səhər saatlarında vilayətin Dalyan şəhərinin sahil sularında baş verib.

Hazırda balıqçıların axtarışları aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır