Dənizdə itən konteynerlərin tapılmasını asanlaşdıracaq sistem hazırlanır

256

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Təhlükəsizliyi Komitəsi (MSC) dənizdə itən konteynerlərin tapılması üçün monitorinq sistemi yaradır.

“Seanews.az” xəbər verir ki, gəmilərin göyərtəsində quraşdırılacaq sistem itmiş konteynerlərin dəqiq sayını təyin etməyə və onları izləməyə imkan verəcək.

Ötən il ümumilikdə təqribən 3 min konteyner müxtəlif səbəblərdən itib. Cari ildə isə artıq 1000 itmiş konteyner qeydə alınıb. Bu, son 7 ilin rekord göstəricisidir.