“Saudi Aramco” Azərbaycan bazarını tərk edir

268

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Azərbaycandakı törəməsi – “Aramco Overseas Company Azərbaycan” MMC ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ünvanına (“Hyatt Tower” iş mərkəzi) bildirə bilərlər.

Xatırladaq ki, “Aramco Overseas Company Azərbaycan” 2018-ci ildə, 10 min avro nizamnamə kapitalı ilə yaradılıb.