Vətən müharibəsində iştirak edən TTM əməkdaşı Cavid Qəndilov: Qələbə Xalq-Prezident-Ordu birliyinin sayəsində mümkün oldu – VİDEO

213

ASCO-nun Təlim Tədris Mərkəzinin sistem inzibatçısı Cavid Qəndilov 44 günlük Vətən müharibəsinin qəhrəman döyüşçülərindəndir.

Cavid deyir ki, erməni işğalı altındakı əzəli torpaqlarımız Xalq-Prezident-Ordu birliyinin sayəsində azad olundu. Bununla da, tarixin səhifələrinə qızıl hərflərlə yazılan Zəfərimiz məkrli düşmənlə yanaşı, bütün dünyaya Azərbaycanın və onun şanlı Ordusunun qüdrətini göstərdi.