Yelkənli qayıq idmanı öncə ekstremal idman növünə aid olub

1040

Müasir dövrümüzdə elit idman növü hesab edilən yelkənli qayıq yarışması bir zamanlar sadəcə gəzinti və istirahət kimi qəbul edilirdi. İnsanlar özlərinin şəxsi yelkənli qayıqlarında uzun məsafələri qət eməklə və ya sadəcə kurort şəhərlərində gəzinti ilə vaxt keçirirdilər.



Bir müddət sonra ekstremal təbiətli insanlar yelkənli qayıqla yarışmalar təşkil etməyə başladılar. Bu yarışmalar əksər hallarda faciəvi sonluqla nəticələnirdi. Belə ki, yelkənli qayığı mükəmməl idarə edə bilməyən şəxslər tez-tez qəzalar törədirdilər. Dünya ölkələri qısa bir zamanda bu cür əyləncəni yasaq etməyə başladılar. Və qısa bir vaxtdan sonra isə ümumiyyətlə dənizə şəxsi qayıqla çıxmaq tam qadağan edildi. Bu qərar kütləvi etirazlara səbəb oldu.  



Bunu görən dünya hökumətləri yarışma üçün nəzərdə tutulmuş xüsusi qayıqlar istehsal etməyə başladılar. Bu qayıqları hamının əldə edə bilməməsi üçün çox baha qiymətə bazara çıxarmışdılar.



Lakin bu maneələrin heç biri adrenalin əldə etmək istəyən insanların qarşısını ala bilmədi. Qısa bir müddət ərzində bu idman növü populyarlıq qazandı. Yelkənli qayıq yarışmasına müəyyən qaydalar tətbiq edildi. Bir qədər vaxt keçəndən sonra isə bu idman növü rəsmi olimpiadaların siyahısına əlavə edildi.

seanews.az