Braziliyada tətbiq edilən məhdudiyyətlər heyət dəyişikliyini çətinləşdirəcək

302

Braziliya gəmi və platformalarda işləyən xarici dənizçilərin ölkəyə girişini məhdudlaşdırıb.

“Seanews.az” xəbər verir ki, bu barədə qərar mayın 14-də verilib. Ötən həftədən  qərarın icrasına başlanılıb. 

Məlumata görə, son iki həftədə koronavirusa yoluxma halının artdığı ölkələrdə olmuş hər kəsə sərhədi keçmək tam qadağan edilib.

Ekspertlərin fikrincə, sərtləşdirmə qərarı gəmiçilik sahəsində heyət dəyişikliyi prosesinə müəyyən əngəllər törədəcək.