Azərbaycan Dəmir Yolları işçi axtarır – VAKANSİYALAR

542

Vakansiyanın adı: Mütəxəssis
Vakansiyanın kodu: V210601-2
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, Strateji idarəetmə şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə, Marketinq, Biznes analitikası
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il

Tələb olunan kompüter bilikləri:

– MS Excel – sərbəst;
– MS Word– sərbəst:
– MS Power Point – sərbəst;
– Power BI – yaxşı

Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst.

Vəzifə üzrə tələb olunan biliklər :

– Data analitikası üzrə biliklər;
– Maliyyə üzrə biliklər;
– Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
– Motivasiya;
– Komanda işi;
– Nəticəyönümlülük;
– Etibar yaratma;
– Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
– Keyfiyyət yönümlülük;
– Analitik düşüncə;
– Intizamlılıq.

Digər tələb və üstünlük göstəriciləri: Magistr dərəcəsi və rus dili biliyi arzuolunandır.

Vəzifə öhdəlikləri:

– Maliyyə və texniki fəaliyyət göstəricilərinin analitik təhlilinin və mürəkkəb əlaqələrinin müəyyən olunması;
– Biznes vahidlərinin strateji təşəbbüslər üzrə fəaliyyətinin izlənilməsi və təhlil edilməsi;
 -Strateji planlama, büdcə və maliyyə təsirlərinin təhlilində iştirak edilməsi;
– Strateji və əməliyyat uyğunlaşdırılmasında iştirak edilməsi;
– Strateji yol xəritələrinin və digər əhəmiyyətli sənədlər üzrə hesabatlılığın idarə edilməsi;
– Ən yaxşı təcrübələrin təşkilat daxilində tətbiqində iştirak edilməsi;
– Təhlillərin nəticələri ilə bağlı təqdimatların hazırlanması;
– Şöbənin fəaliyyəti ilə bağlı digər zəruri işlərin icrasında iştirak edilməsi.

Son müraciət tarixi: 15.06.2021

Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1338#vp

Vakansiyanın adı: Şöbə rəisi
Vakansiyanın kodu: V210601-1
Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, İnstitusional islahatların idarə edilməsi şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İdarəetmə, Layihələrin idarə olunması
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 3 il
Tələb olunan komputer bilikləri: MS Office – sərbəst.

Tələb olunan xarici dil bilikləri:

– İngilis dili – sərbəst;
– Rus dili – sərbəst.

Vəzifə üzrə tələb olunan biliklər : Layihələrin idarə olunması prosesləri üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
– Motivasiya;
– Komanda işi;
– Nəticəyönümlülük;
– Etibar yaratma;
– Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
– Problem həlletmə;
– Analitik düşüncə;
– Təşəbbüskarlıq.

Digər tələb və üstünlük göstəriciləri: Müraciət edən namizədlərin layihələrin idarə edilməsi (Project management) üzrə beynəlxalq sertifikatlara (PMP, PMİ-ACP və s.) və magistr dərəcəsinə malik olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

– Şöbənin işini təşkil etmək;
– İdarənin illik əməliyyat planından irəli gələn illik iş planını və şöbənin işçiləri arasında iş bölgüsünü müəyyən etmək;
– Şöbənin fəaliyyəti üzrə mövcud olan layihələrin müvafiq qaydada idarə olunmasını və planlaşdırılmasını həyata keçirmək;
– Layihələrin idarə olunması üzrə metodologiyanın hazırlanmasını, təkmilləşdirilməsini və kommunikasiyasını həyata keçirmək;
– Cəmiyyətin müvafiq dövr üzrə müxtəlif icra planlarının layihələrini hazırlamaq, müvafiq qaydada təsdiq edildikdən sonra onların həyata keçirilməsini təşkil etmək;
– Cəmiyyət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan strategiya, islahat, konsepsiya və proqram layihələrinin hazırlanmasında iştirak etmək;
– İslahat layihələrinin idarə olunması üzrə işçi qruplarının formalaşmasında iştirak etmək və məsələ ilə bağlı tövsiyələr vermək;
– İslahat layihələri üzrə aparılan işlərlə bağlı Cəmiyyətin müvafiq struktur qurumlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;
– Cəmiyyətin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə struktur qurumların funksiyalarını təhlil etmək və müvafiq təkliflər vermək;
– Layihənin tələb olunan keyfiyyətdə, vaxtlı-vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
– Şöbənin işi və layihələr üzrə hesabatları hazırlamaq.

Son müraciət tarixi: 15.06.2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1337#vp

Vakansiyanın adı: Aparıcı mütəxəssis
Vakansiyanın kodu: V210601-3
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, İnstitusional islahatların idarə edilməsi şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İdarəetmə, Layihələrin idarə olunması
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il
Tələb olunan kompüter bilikləri: MS Office – yaxşı.

Tələb olunan xarici dil bilikləri:

– İngilis dili – sərbəst;
– Rus dili – yaxşı.

Vəzifə üzrə tələb olunan biliklər : Layihələrin idarə olunması prosesləri üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
– Motivasiya;
– Komanda işi;
– Nəticəyönümlülük;
– Etibar yaratma;
– Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
– Keyfiyyət yönümlülük;
– Analitik düşüncə;
– Diqqətlilik.

Digər tələb və üstünlük göstəriciləri: İdarəetmə, layihələrin idarə olunması sahələri üzrə təhsil almış namizədlərə üstünlük verilir;
Magistr dərəcəsi və PMP arzuolunandır.

Vəzifə öhdəlikləri:

– Layihələrin yerinə yetirilməsi məqsədilə zəruri məlumatların toplanması;
– Layihələr üzrə məlumatların təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
– Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
– Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi;
– Layihə üzrə zəruri sənədləşdirmə işlərinin təşkil edilməsi;
– Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
– Verilənlərin təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
– Cəmiyyətdə, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Cəmiyyətin təmsil edilməsi və onların işində iştirak edilməsi;
– Təqdimatların hazırlanması.

Son müraciət tarixi: 15.06.2021

Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1339#vp

Şirkət: “ADY Ekspress” MMC
Vəzifə: Logistika əməliyyatları üzrə baş analitik
İş yeri: Bakı şəh., Xətai Biznes Mərkəzi

Öhdəliklər:

• İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatların hazırlanması;
• Yerli və xarici daşıma şirkətləri ilə istər müştəri, istərsə də partnyor qismində cəlb edilməsi məqsədilə danışıqlar aparmaq;
• Daşınma ilə əlaqədar hesabatların aparılması;
• Logistik əməliyyatların optimallaşdırılması;
• Cəmiyyət tərəfindən daşınılan yüklərin izlənilməsi;
• Hesabatlara uyğun yeni modernləşmə və analizlərin tətbiqi;
• Proqnoz və nəticələrin effektiv vizuallaşdırılması;
• Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması;

Tələblər:

• Ali təhsil (universitetə giriş balı 500-dən yuxarı olanlara üstünlük veriləcək);
• Riyazi bilik, dəqiqlik, araşdırma qabiliyyəti, analitik və məntiqi düşüncə;
• Excel-i yüksək səviyyədə bilmək (Macros, Power Query, VBA) Power BI proqram təminatında işləmə bacarığı.
• Tez mənimsəmə qabiliyyəti, öyrənmək və özünü inkişaf etdirməyə meyllilik;

Xahiş olunur CV-lərinizi 30 İyun 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Logistika əməliyyatları üzrə baş analitik” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.

Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanılacaq.

fed.az