Dənizçilərin voleybol turnirinin qalibi məlum olub

229

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında voleybol üzrə turnir keçirilib.

Turnir ASCO-nun idman üzrə 2021-ci ilə dair illik planına əsasən  “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun idman meydançasında baş tutub.

Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə keçirilən voleybol turnirinin qalibi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun komandası olub. Sonrakı yerləri “Bibiheybət” Gəmi Təmiri Zavodu və “ASCO Mühafizə” MMC tutub.

Qaliblərə diplom və hədiyyələr verilib.

Qeyd edək ki, voleybol üzrə turnirin təşkilində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.

seanews.az