Gəmi Ukraynanın bir limanından digərinə gedərkən başqa ölkənin sərhədini pozub

217

“Seanews.az”-ın məlumatına görə, Palau bayrağı altında üzən “Rahaf Moon” teploxodu Ukraynanın Xerson limanından Reni limanına kabotaj keçidi zamanı dövlət sərhədini pozduğu üçün saxlanılıb.

Açıq sərhədi olan gəmi yük əməliyyatı üçün Ukraynanın bir limanından digərinə hərəkət edib.

Bildirilir ki, Qara dənizdən Dunay çayına girməzdən əvvəl teploxodun kapitanı, tövsiyə olunan – Ukraynanın ərazi suları daxilində Bıstroyenin ağzından keçən marşrutun əvəzinə Sulinski kanalı ilə daha tanış olan marşrutdan istifadə etmək qərarına gəlib. Belə bir manevr isə Ukraynanın ərazi sularından qonşu Rumıniya sularına keçidlə təmin edilib.

Marşrutu dəyişdikdən sonra gəmi sərhədçilərin diqqətini çəkib və kabotaj keçid qaydalarına riayət etməsinə nəzarət edilib. Sonra Dövlət Sərhəd Xidmətinin Dəniz Mühafizəsinin İzmail dəstəsindən növbətçi kateri sərhəd pozucusuna-gəmiyə yaxınlaşıb.

Gəminin yoxlanılması və kapitanın sorğusunun nəticələrinə görə, sərhədçilər quru yük gəmisinin Rumıniya sularına girməsinin naviqasiya xətası ilə əlaqəli olduğunu, kapitanın pozmaq üçün heç bir cinayət niyyəti olmadığını öyrəniblər və kapitan günahını etiraf edib.

“Rahaf Moon” teploxodu Dəniz Mühafizəsinin katerinin müşayiəti ilə Reni limanına gəlib və kapitana qarşı inzibati xəta protokolu tərtib edilib.

Reni rayon məhkəməsi kapitanı 8500 qrivna cərimə edib.