Avstriyanın OMV Petrom şirkəti Qara dənizin Gürcüstan şelfində neft-qaz yataqları axtaracaq

280

Avstriyanın OMV Petrom şirkəti gələn ilin may ayından Qara dənizin Gürcüstan şelfində neft-qaz yataqlarının kəşfiyyatına başlayacaq.

AZƏRTAC Gürcüstanın Neft və Qaz Agentliyinə istinadla xəbər verir ki, Gürcüstanla OMV Petrom şirkəti 2021-ci ilin aprelində bununla əlaqədar müqavilə imzalayıblar.

Sənədə əsasən şirkət 25 il ərzində Qara dənizin Gürcüstan şelfində neft və qaz yataqlarının kəşfiyyatını, hasilatını və işlənməsini həyata keçirəcək.

İlkin hesablamalara görə, şirkət bu işlərə ilkin olaraq 30 milyon ABŞ dolları məbləğində vəsait xərcləyəcək.