Serbiya Birinci Dünya Müharibəsindən qalan hərbi gəmini bərpa edib

284

Serbiya donanma gəmisi həvəskarlarının illərlə etdiyi lobbiçilikdən sonra Birinci Dünya Müharibəsinin ilk atəşlərini açan döyüş gəmisini bərpa etməyə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

“SMS Bodrog” 28 iyul 1914-cü ildə gecə yarısı Sava və Dunay çaylarının qovuşduğu yerə üzən Avstriya-Macarıstanın iki ağır döyüş gəmisindən biri idi. Onun iki topu Belqradda Serb mövqelərinə mərmilər ataraq 20 milyona yaxın insanın həlak olduğu müharibəni başladıb.

Nasist Almaniyasının nəzarəti altında olan Xorvatiya tərəfindən ələ keçirildikdən sonra “Sava” adlandırılan gəmi İkinci Dünya Müharibəsində də xidmət edib və 1962-ci ilə qədər keçmiş Yuqoslaviya donanmasının arsenalında olub, sonra özəl bir şirkətə satılıb.

Gəmi Belqrad yaxınlığında illərlə qalaraq çürüməyə başlamışdı. 2008-ci ildə gəmiyə irsin mühafizəsi statusu verilib.

2015-ci ildə Serbiya Müdafiə Nazirliyi gəminin Hərbi Muzeyin tabeliyinə verilməsi barədə qərar qəbul edib

Hazırda tam bərpa olunmuş və Belqradın şəhər mərkəzi yaxınlığında Sava çayı üzərində üzən “Sava” gəmisi Birinci Dünya Müharibəsi zamanı xidmət etmiş iki Avstriya-Macarıstan hərbi gəmisindən biridir. Digəri Macarıstanın paytaxtı Budapeştdə dayanan “SMS Leitha”dır.