ADDA-nın baş müəlliminin “Effektiv işgüzar kommunikasiya” mövzusunda hazırladığı video dərsi yüksək qiymətləndirilib

485

Azərbaycan Dövlət Dəniz Akademiyasının professor-müəllim heyətinin videodərs hazırlama, İKT-dən istifadə bacarıqlarının inkişaf etdirilməsi, prezentasiyaların təqdimatı sahəsindəki qabaqcıl təcrübənin paylaşılması məqsədilə elan olunmuş “Ən yaxşı elektron tədris resursu” müsabiqəsinin qalibi  Sevinc Rzayevanın video dərs resursu ADİAK fənni üzrə “Effektiv işgüzar kommunikasiya” mövzusundadır.

Akademiyanın baş müəlliminin hazırladığı video-resurs təlim mərhələlərinin aydın seçilməsi, süjət xəttinin olması, innovativ və orijinal kontenti ifadə etməklə İKT-dən istifadə bacarığı, nitq, zamanlama, audio-video keyfiyyət, pedaqoji bacarıq meyarları baxımından seçilir.

Kommunikasiyanın mərhələləri, ilkin anlayışlar, prosesdə istirak edən tərəflər və kommunikasiya aktının ritorik modelini yaradan ünsiyyət alqoritmlərini şərh edən təlimçi inkişafın yeni 4D (düşüncə, davranış, dəyişim, davamlılıq) modelinin gənclər üzərində tətbiqinin onların qlobal düşüncə, şəxsi brenləşmə, individual karyera xəritəsi istiqamətlərində irəliləməsini təmin etdiyini önə çəkir.

seanews.az