“Dənizçi” Mənzil-Tikinti Kooperativinin icraçı direktoru Hidayət Hüseynov 50 illik yubileyini qeyd edir

442

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Dənizçi” Mənzil-Tikinti Kooperativinin icraçı direktoru Hidayət Hüseynov 50 illik yubileyini qeyd edir.

Bu məqsədlə ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyar baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

Həmkarları ona ASCO ailəsinin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar. 

Yubiliyar öz növbəsində göstərilən diqqətə və xoş münasibətə görə həmkarlarına  təşəkkürünü bildirib, ASCO ailəsinin bir üzvü olması ilə fəxr etdiyini deyib.

seanews.az