ASCO yeni açıq müsabiqə elan edib

240

“Dənizçi” MTK-nın Balansında olan yüksəkmərtəbəli 2B yaşayış binasında döşəməyə taxta reykanın yığılaraq dikt və laminatın vurulması xidmətləri (mal-material və işçilik birlikdə) satınalınması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2022-ci il fevralın 11-i saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki

tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1263.Yüklə

asco.az