Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-800- 1500-2000 manat – 20 VAKANSİYA

479

VAKANSİYA 1

PRİME Accessories Mağazalar Şəbəkəsi

Bölgə Rəhbəri

Son tarix 01 mar 2022 – [email protected]

İş barədə məlumat:

  • Özü və tabeçilyində olan əməkdaşların daxili nizam-intizam qaydalarına əməl edilməsini təmin etmək;
  • Özü və tabeçiliyində olan əməkdaşların işində davamiyyətli olmasını, işə vaxtında gəlmək, işdən vaxtında getmək və iş saatlarında yüksək məcburiyyət olmadan iş yerini tərk etməməsini təmin etmək;
  • Çalışdığı mağazalara müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət etmək;
  • Mağazaların fəaliyyəti ilə əlaqədar daxili hesabat formalarını, onların təqdimetmə müddətliliyini və vaxtını birbaşa rəhbəri ilə razılaşdırmaq və öz işində tətbiq etmək;
  • Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək 
  • Şirkətin təşkil etdiyi həftəlik iclaslarda iştirak etmək və hesabat vermək 
  • Karyera imkanı
  • İş qrafiki növbəlidir: 
    – I növbə: 09:00-dan 17:00-dək 
    – II növbə: 14:00-dan 22:00-dək 
  • Həftədə 1 gün istirahət
  • Əmək haqqı: Min: 800 azn + bonus

Namizədə tələblər:

  • Kommunikasiya bacarıqları
  • Ali təhsil (mütləgdir)
  • İş təcrübəsi: min. 2 il rəhbər pozisiyasında
  • Dil bilikləri (azərbaycan, rus – səlis)
  • Kompüter bilikləri (MS Office)
  • Yaş: 25-35 yaş 
  • Gülərüz
  • Ünsiyyətcil
  • Stressə davamlı
  • Satış texnikalarını bilməli
  • İnsanlarla ünsiyyət qurma bacarığı
  • Fikrini sərbəst çatdırma qabiliyyəti
  • Səliqəli xarici görünüş
  • Punktual
  • Komandada işləmək bacarığı olan
  • Problem həll etmə qabiliyyəti
  • Satış hədəflərinə çatdırmaq
  • Yüksək xidmət və ünsiyyət qabiliyyəti vasitəsilə mağazaya müştəri loyallığını artırmaq
  • Fiziki sağlam
  • Fərdi inkişafa meyilli

Maraqlanan namizədlərdən CV-lərini e-mail adresinə göndərməkləri xahiş olunur.

VAKANSİYA 2

Barkod Electronics

Mühasib

Son tarix 01 mar 2022 – [email protected]

Tələblər:

  • Yaş: 22-30 arası
  • Ali təhsil vacibdir.
  • Azərbaycan dili səlis, rus və ingilis dillərini bilməyi arzuolunandır;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka,məntiq, müştərilərlə işləmək qabiliyyəti;
  • Etik Davranış Məcəlləsinə riayət etmək;
  • Mükəmməl kommunikasiya qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Vəzifə öhdəliyi:

  • 1C 8.3(analytik)mütləqdir.
  • Müqavilə əsasında satışlar üzrə sənədləşmə qaydaları
  • Yerli alışlarda aktların və elektron qaimələrin yazılması
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının müstəqil şəkildə tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

Şəxsi Keyfiyyətlərə tələblər:

  • Təşəbbüskar;
  • Ünsiyyətcil;
  • Məsuliyyətli;
  • Komandada işləmək bacarığı;

Əmək haqqı: 300-500 manat

VAKANSİYA 3

VİP Style

HR Manager

Son tarix 01 mar 2022 – [email protected]

Описание работ:

  • Женщина, возраст от 30 лет.
  • Образование высшее
  • Опыт работы более 5 лет.
  • Зарплата 1000-2000 манат.
  • Знание языков: русский, азербайджанский
  • Умение управлять !
  • Офис в центре города.
  • Время работы 6 дней в неделю.
  • Трудовой договор по трудовому кодексу АР.

VAKANSİYA 4

MKT İstehsalat Kommersiya MMC

İnsan resursları üzrə mütəxəssis (İmişli)

Son tarix 01 mar 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərini aparır, formalaşdırır.
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və təcrübəçilərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlayır. 
  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin yüksəldilməsi, mükafatlandırılması, kadrların ixtisasının artırılması və s. işlərinin sənədləşməsini yerinə yetirir. 
  • Kadrlar üzrə tələb edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsinə rəhbərlik edir. 
  • Qərar və əmrlərin sənədləşməsini təmin edir.
  • Müəssisədə yerli rəhbərliyin kadrlar üzrə verilmiş əmr və göstərişlərinin layihələrinin yuxarı təşkilatın göstərişlərinə uyğun olub-olmadığını yoxlayır. 
  • Tələb olunan yeni işçilərin tapılması, elanların yerləşdirilməsi, ərizələrinin qəbulu və rəhbərliyə təqdim edilməsini təşkil edir.
  • Mövsüm dövrünə hazırlıq zamanı ən azı 1 ay əvvəldən tələb olunacaq işçilərin sayını və vəzifələrini yerli rəhbərliyə təqdim edir.
  • Mövsümi işçilərin təcili sürətdə işə götürülmə və işdən çıxarılma sənədləşməsini icra edir.
  • Kadrlara olan tələbat haqqında birbaşa rəhbərə məlumat verir.
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir. 
  • Şəxsi işlərin arxivləşdirilməsini aparır, vaxtı keçmiş işlərin arxivə verilməsini təşkil edir.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.

Tələblər:

  • İnsan resursları sahəsində iş təcrübəsi arzuolunandır
  • Ali təhsil 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı arzuolunandır;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı. 
  • İngilis  və rus dili arzu olunandır;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • İmişli rayonunda yaşayan şəxs olmalı

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki:  Altı günlük iş həftəsi
  • İş yeri: İmişli MKT
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “İnsan resursları üzrə Mütəxəssis-İmişli” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

VAKANSİYA 5

Amoris

Baş Direktor (Qusar)

Son tarix 01 mar 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Müəssisədə idarəetmə sistemini qurur və ona nəzarət edir
  • Müəssisənin siyasət və planını müəyyənləşdirir və formalaşdırır
  • Müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir.
  • Müəssisədə bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir.
  • Müəssisədə bölmələrin istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir.
  • Müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsində məsuldur
  • İşçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır.
  • Müəssisəni digər müəssisələrlə (dövlət orqanları da daxil olmaqla) müqavilə bağlanmasında təmsil edir.
  • Müəssisənin aid olduğu sahənin iqtisadi və sosial inkişafına yönəldilən əsas istiqamətlərini müəyyən edən hökumət qərar və fərmanları, norma və qaydaları bilməli və ona uyğun şirkəti idarə etməlidir
  • Maliyyə və analiz qabiliyyəti yüksək səviyyədə olmalı və şirkətin işlərinin səmərələliyində sahibkara dəstək olmalı

Tələblər:

  • Ali təhsil 
  • Azərbaycan , rus dilləri yüksək səviyyədə olmalı  (ingilis dili arzu olunandir)
  • Yüksək səviyyədə idarəetmə  və komandada işləmək bacarığı
  • Güclü analiz qabiiyyətinə malik olmalı
  • Maliyyəni yüksək səviyyədə bilməli
  • MS Office (MS Excel, MS Word, MS Outlook, 1C)  proqramlarından sərbəst istifadə qabiliyyəti
  • İstehsalat sahəsində iş təcrübəsi minimum 5 il
  • İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq, namizədin bilik və bacariqlarindan asılı olacaq. 
  • İş qrafiki : standard iş həftəsi

  Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Baş Direktor ” qeyd edərək göndərə bilərsiniz.

VAKANSİYA 6

FF Group

Maliyyə müdiri

Son tarix 01 mar 2022 – [email protected]

İş barədə:

  • Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
  • Maliyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
  • Cəmiyyətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək; Maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması  istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində  təsvirini təmin etmək;
  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq;
  • Malların və xidmətlərin maya dəyəri və gəlirliliyin planlaşdırılmasını təmin etmək; Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasını təmin etmək;
  • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
  • Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək.

Namizədə tələblər:

  • Ali iqtisadi təhsili;
  • Maliyyə sahəsində 5-8 il, maliyyə müdiri kimi (tikinti sahəsində) ən azı 1-2 il iş təcrübəsi;
  • 1C, MS Excel üzrə mükəmməl işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili bilikləri;
  • ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatların olması arzuolunandır.

Digər məlumatlar:

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov prospekti
  • İş şəraiti: 5 iş günü
  • Əmək haqqı: namizədin gözləntilərinə əsasən
  • Digər: korporativ nömrə, nahar

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Maliyyə müdiri” qeyd etməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Whatsapp: 0512158393

VAKANSİYA 7

Inci Group Of Companies

Korporativ müştərilər üzrə Satış mütəxəssisi

Son tarix 01 mar 2022 – [email protected]

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, ingilis dili orta səviyyədə  bilməli;
  • Sürücülük vəsiqəsi: kateqoriya B;
  • Yaş: 24-38;
  • Şəxsi avtomobil

İş barədə məlumat: 

  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
  • Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
  • Ziyarət nəticələrinin izlənilməsi;
  • Nahar şirkət tərəfində təmin olunur;

İş yeri : Bakı şəhəri, 28 May metrosu yaxınlığında;

Əmək haqqı fiks fond və satışdan bonuslar  əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı email ünvanına göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır. 

VAKANSİYA 8

Kontakt Home

Təftiş üzrə kiçik mütəxəssis

Son tarix 01 mar 2022 – 

Təsvir:

  • Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirməsi;
  • Planlaşdırılmış və qəfləti mal qalığının inventarizasiyasının aparılması;
  • Kassa qalıqlarının yoxlanılması;
  • Müvafiq audit hesabatlarının hazırlanması;
  • Auditlə bağlı digər tapşırıqların həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Fəaliyyət göstərdiyi sahədə müvafiq iş təcrübəsi;
  • Microsoft Office – təcrübəli istifadəçi;
  • Komanda şəklində iş bacarığı;
  • Güclü analitik bacarıqları;
  • Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
  • İş ilə bağlı səyahət etmək imkanı.

İş şəraiti: 

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: I-V günlər, 10:00 – 19:00.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 9

GreenPlast MMC

Baş mühasib

Son tarix 01 mar 2022 – [email protected]

Öhdəlik və tələblər:

  • Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi 
  • Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
  • Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması; 
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
  • Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi; 
  • İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi; 
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir; 
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq; 
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması; 
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
  • Təhsil : Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • İş təcrübəsi : Baş mühasib kimi istehsalat sahəsində  ən azı 5 il iş təcrübəsi;
  • Yaş : 30-45
  • Cinsi-Kİşi
  • MS Office,  BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
  • Məsuliyyətli və işində dəqiq;
  • Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
  • Qanunvericiliyi bilməlidir və daimi izləməlidir
  • Nəzərdə tutulan əmək haqqı 1500-2000 AZN. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə “Baş mühasib”yazaraq göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

VAKANSİYA 10

Sirab ASC

Təftiş işləri üzrə mütəxəssis

Son tarix 01 mar 2022 – [email protected]

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr;
  • Komputer bilikləri: MS Office – əla;
  • Minimum təcrübə: 1 il;
  • Dil bilikləri: Azərbaycan-əla;
  • Yaş həddi: 25-35;
  • Cinsi: Kişi;
  • Risklərin idarə olunmasına dair biliklərə malik olmaq;
  • Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
  • Hesabatın hazırlanması və yazılması bacarığı.

Fərdi keyfiyyət göstəriciləri:

  • Komanda ilə işləmə bacarığı;
  • Riyazi biliklər və analitik düşünmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Gərgin iş tempinə uyğunlaşa bilən;
  • Planlaşdırma və problem həll etmə bacarığı;
  • İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.

Vəzifə öhdəlikləri: 

  • Anbarda sayımın və inventarlaşmanın aparılmasını təmin edilməsi;
  • Yüklənmiş avtomobillərin günlük sayımının həyata keçirilməsi;
  • Qaytarma və silinmələrə nəzarət edilməsi;
  • Aşkar olunmuş çatışmazlıqların aktlaşdırılması və həlli istiqamətində addımların atılması;
  • Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması;
  • Təftiş prosesinin təşkili və həyata keçirilməsi;

İş vaxtının norması:

  • 6 günlük iş rejimi;
  • İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: 500 AZN
  • Yemək və ya pulu şirkət tərəfindən;
  • Korporativ telefon nömrəsi və danışıq paketi;

İş yeri:

  • Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təftiş işləri üzrə mütəxəssis yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSİYA 11

Trion Trade

Bölgə müdiri

Son tarix 01 mar 2022 – [email protected]

İşin təsviri:

  • Satış kanalları üzrə ümümi iş prinsipini müəyyənləşdirilməsi, satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
  • Tabeliyində olan satış təmsilçilərinin satış marşrutunun müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət
  • Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
  • İş qrafiki: həftədə 6 gün: 
  • Bazar ertəsi-Şənbə günu, Saat 09:00-dan-17:00-dək
  • Əmək haqqı: 1500-2000 ₼

Namizədə tələblər:

  • Ali təhsil
  • Satış sahəsində ən azı 3-5 il iş təcrübəsi olmalı (Bölgə müdiri kimi 2 il)
  • Öz satış komandası olanlara üstunluk verilir 
  • Müştərilərlə ilə ünsiyyət qurmaq bacarığı
  • Kollektiv ilə işləmə bacarığı
  • Kreativlik, analitik bacarıq
  • Satış və təqdimat bacarıqları olmalı
  • İşgüzar və məqsədyönlü 
  • Şəxsi avtomobil mütləq (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
  • Yaş həddi: 30 — 45 yaş

VAKANSİYA 12

Amoris

Baş Anbardar (Qusar)

Son tarix 01 mar 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Soyuducu Anbar texnikasini yüksək səviyyədə bilməli
  • Soyuducu sisteminin düzgün idarə olunmasına nəzarət
  • Ümumi anbar texnikasini ve prosessləri dəqiq bilməli
  • Sahədən gələn meyvələrin qəbulu, anbarda saxlanılması və oradan təhvil verilməsini təmin edir.
  • Malı anbara qəbul edərkən yüklərin faktiki miqdarını , çəkisinin yoxlanılması
  • Malı anbara qəbul edərkən malın qablaşdırılmasını və növlərinin düzgünlüyünün yoxlanılması
  • İxrac anbarında olan malların siyahısını tərtib edir
  • Malı ixrac edərkən yüklərin faktiki miqdarını , çəkisinin yoxlanılması
  • Malı ixrac edərkən yüklərin düzgün qablaşdırılmasına nəzarət etməli
  • Malı qəbul və ixrac edərkən markalanmanın düzgün təyin olunmasına nəzarət etməli
  • Anbarda olan mallara dair sənəndləşmənin düzgün aparılmasını təmin etməli
  • Zəruri hallarda malların yüklənməsində çatışmamazlıq, yer və çəki çatışmamazlığı   zamanı aktın tərtib olunmasını təmin etmək
  • Malların xarab olduğu zaman və ya qablaşdırılmanın pozulması hallarında aktın tərtib olunmasını təmin etmək

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan , rus dilləri yüksək səviyyədə olmalı  (ingilis dili arzu olunandir)
  • Yüksək ünsiyyət qurma, idarəetmə  və komandada işləmək bacarığı
  • MS Office (MS Excel, MS Word, MS Outlook, 1C)  proqramlarından sərbəst istifadə qabiliyyəti
  • İş təcrübəsi minimum 5 il
  • İntizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq, namizədin bilik və bacariqlarindan asılı olacaq. 
  • İş qrafiki : standard iş həftəsi

  Maraqlnan namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Baş Anbardar” qeyd edərək göndərə bilərsiniz.

VAKANSİYA 13

Inci Group Of Companies

Bölgə Müdiri

Son tarix 01 mar 2022 – [email protected]

Namizədə dair tələblər: 

  • Müvafiq sahədə ən azı 3 il iş təcrübə
  • MS Office (Word, Excel, Outlook) proqramlarında işləmək bacarığı
  • İdarəetmə, analiz və təhlil etmə, yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı
  • Azərbaycan dilində sərbəst ünsiyyət qura bilmə bacarığı vacibdir
  • Məsuliyyətli, təşəbbüskar və inkişafa meyilli olma
  • Yaş həddi: 25-40
  • Sürücülük vəsiqəsi (B kategoriya), 

İş barədə məlumat: 

  • Satış kanalları üzrə ümümi iş prinsipini müəyyənləşdirilməsi, satış hədəflərinin yerinə yetirilməsinə nəzarət
  • Tabeliyində olan satış təmsilçilərinin satış marşrutunun müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət
  • Mövcud müştərilərə əlaqələrin qorunub saxlaması, mütəmadi ziyarət olunması və sifarişlərin qəbulu, yeni məhsulların onlara təqdimatı və satışı
  • Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimatlandırmaların aparılması
  • Yeni müştərilərin cəlb edilməsi; mütəmadi olaraq potensial müştəriləri axtarılması, müəyyənləşdirilməsi, onlarla işgüzar əlaqələrin qurulması, məhsulların təqdimatı və satışının həyata keçirilməsi
  • Mövcud bazarın vəziyyətinin təhlil edilməsi, yeni satış həmlələri ilə çıxış etmə və onların rentabeliiyinin proqnozlaşdırılması və hesablanması
  • Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi

Təminatlar:

  • Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
  • Adekvat əmək haqqı və satışa görə bonuslar
  • Korporativ telefon danışıqları və yanacaq haqqının ödənilməsi
  • Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
  • AR qanunvericiliyinə uyğun sənədləşmə

Əmək haqqı fiks fond və satışdan bonuslar  əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı email ünvanına göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır. 

VAKANSİYA 14

Pos Online MMC

Mühasib

Son tarix 01 mar 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Vergi sahəsilə bağlı əməliyyatlar- bütün vergi hesabatlarının göndərilməsi
  • E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
  • ƏDV ilə işləmə bacarığı
  • Bəyannamələrin hazırlanması və göndərilməsi
  • Maliyyə hesabatlarının tərtib edilməsi
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

Əmək məcəlləsinə uyğun sənədləşmə

İş qrafiki: I-V günlər, 09:00-18:00

Əmək haqqı:Razılaşma əsasında

Tələb olunan:

  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
  • Analoji sahə üzrə 3 il və ya daha çox iş təcrübəsi
  • Yaş həddi: 25 – 40 yaş (xanım)
  • Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
  • Vergi məcəlləsini bilməli
  • Məsuliyyətli və işində dəqiq
  • Komandada işləmək bacarığı

Telefon: 050-243-61-11

VAKANSİYA 15

Almet Trading LLC

Office Manager (female)

Son tarix 01 mar 2022 – [email protected]

Job descriptions:

  • Provide general support to visitors
  • Review and approve office supply acquisitions
  • Coordinate schedules, appointments, and bookings
  • Organize office operations and procedures
  • Manage contract and price negotiations with office vendors, service providers, and office lease
  • Manage executives’ schedules, calendars, and appointments
  • Managing office budget
  • Preparing letters, presentations and reports

Knowledge/Experience/Competencies required:

  • Office work experience
  • Strong communication skills
  • Good knowledge of Azeri, Russian 
  • Computer skills, knowledge of Excel

Starting salary (net) – AZN 550

Working days – from Monday to Friday

Opening hours – from 09:00 to 18:00.

Please e-mail CV with job title “Office Manager

VAKANSİYA 16

Debet Safety

Satış üzrə menecer

Son tarix 01 mar 2022 – [email protected]

İş barədə məlumat:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması  
  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
  • Potensial satış ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
  • Personal satış strategiyası yaratmaq və inkişaf etdirmək
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
  • Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
  • Müştəridən sifarişlərin qəbul olunması və  sifarişlərin icra olunması
  • Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
  • Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
  • Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
  • Müştəri ödəmələrinin izlənilməsi
  • Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;

Namizədə tələblər:

  • Rus və Azərbaycan dillərində səlis ünsiyyət bacarığı (İngilis dili üstünlük kimi qiymətləndirilir)
  • Müştəriyönümlü satış bacarığı
  • Hər hansı bir malın rentabellik səviyyəsini asanlıqla təyin etmək və düzgün proqnoz vermək bacarığı
  • Korporativ və B2B satış və sahəsində minimum 3 illik iş təcrübəsi
  • Şəxsi müştəri bazası üstünlük kimi qiymətləndirilir
  • Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli
  • Verilənlər bazası ilə iş təcrübəsi
  • Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı
  • Məsuliyyətli və güclü analitik düşünmə bacarığı
  • Verilənlən bazası ilə (Data Base) iş bacarığının olması

 İş şəraiti:

  • Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq və həyata keçiriləcək satışa uyğun olaraq bonuslar veriləcək
  • Korporativ nömrə şirkət tərəfindən təşkil olunur
  • 5 günlük iş həftəsi ( 09:00 – 18:00)
  • AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi

 Vakansiyaya müraciət üçün CV-nizi “Satış üzrə menecer ” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.

VAKANSİYA 17

Mühasib (Sumqayıt)

Son tarix 01 mar 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsini təmin etmək;
  • vergi və digər hesabatların hazırlanmasını və aidiyyəti üzrə təqdim olunmasını təmin etmək;
  • mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanmasını və müəyyən olunmuş qaydada arxivləşdirilməsini təmin etmək;
  • maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;
  • maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğun olaraq qeydiyyatının aparılmasına dair tədbirlər görmək;
  • əsas vəsaitlərin, material ehtiyatlarının, istismar müddəti az olan avadanlıqların müvafiq subhesabları üzrə  mühasibat yazılışını və sintetik uçotunu aparmaq;
  • malgöndərənlərlə və xidmət göstərən təşkilatlarla hesablaşmaların mühasibat uçotunu aparmaq, xəzinədarlıq-bank sənədlərini tərtib etmək;
  • hesabat ilində əsas vəsaitlərin təlimata müvafiq köhnəlməsini hesablamaq və uçotunu aparmaq;
  • yararsız hala düşmüş və istifadəyə yararsız əmlakın silinməsi üçün müvafiq aktın tərtib olunmasında iştirak etmək; 
  • maddi qiymətlilərə mühasibat müxabirləşməsini yazmaq, dövriyyə cədvəli uçotunu aparmaq

Vakansiya ilə bağlı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • 2 illik analoji iş təcrübəsi (Dövlət qurumlarında təcrübəsi olanlara üstünlük veriləcək)
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
  • Ünsiyyət qurma bacarığı,  dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
  • Səlis Azərbaycan dili, (İngilis və  rus dili bilikləri arzu olunandır);
  • MS Office proqramları üzrə biliklər ;

İş Şərtləri:

  • Həftədə 5 iş günü;
  • İş saatları: 09:00-18:00;
  • Əməkhaqqı və digər təminatlar müsahibə əsasında müəyyən olunacaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib (Sumqayıt)” yazaraq göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq

VAKANSİYA 18

Baku Cargo

Bəyannaməçi və broker

 Son tarix 01 mar 2022 – [email protected]

Tələblər:

  • Yaş həddi: 20- 35
  • Ali təhsil

Vəzifələr:

  • Bəyannamə yaza bilən;
  • Excel sərbəst işləmək bacarığı
  • Azərbaycan Respublikasının Dövlət Gömrük Rəsmiləşdirilməsi üzrə mütəxəssisin İxtisas Attestatı
  • Azərbaycan Respublikasının Gömrük qanunvericiliyinin yaxşı səviyyədə bilmək, elektron məlumat bazasında (asan imza) bəyannamələrlə işləmək təcrübəsinin olması
  • Gömrük bəyannaməsinin və nəqliyyat sənədlərini düzgün və cəld şəkildə tərtibi.
  • Gömrük Bəyənnamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi
  • Yolda olan yüklər üçün qısa idxal bəyannamələrinin rəsmiləşdirilməsi
  • Gömrük rüsumlarının əvvəlcədən hesablanması

İş qrafiki: həftədə 5 gün

Əmək haqqı: Razılaşdırma əsnasında

Müraciət qaydaları: e-mailin mövzu hissəsində “Bəyannəməçi” yazıb CV göndərməklə müraciət edilir.

VAKANSİYA 19

Mühasibat uçotu sektorunun müdiri

Son tarix 01 mar 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Sektorun fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • Müəssisənin debitor və kreditorları üzrə əməliyyatlarının uçotunu təmin etmək;
  • Müəssisənin işçilərinin əmək haqqı və ona bərabər tutulan ödənişlərinin həyata keçirilməsini təmin etmək; 
  • əməkhaqqı və ona bərabər tutulan ödənişlərin uçotunun, bu ödənişlər üzrə tutulan vergilər və ayırmalarla bağlı əməliyyatların həyata keçirilməsini təmin etmək;
  • alınmış mal-materialların mədaxil və məxaric əməliyyatlarının, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, azqiymətli və tezköhnələn əşyaların uçotunu aparmaq;
  • sektorun fəaliyyət sahəsi üzrə maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsini təmin etmək;
  • balans maddələri üzrə inventarizasiyanın təşkili, aparılması və nəticələrinin uçotda əks etdirilməsini təmin etmək;
  • tabeçilikdə olan təsərrüfatların, stansiya və dayaq məntəqəsinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank və mal satan təşkilatlarla hesablaşmaların tənzimlənməsinə dair müvafiq tədbirlər həyata keçirmək;
  • büdcə və büdcədənkənar vəsaitlərin (o cümlədən, dövlət fondlarının), xəzinə və bank əməliyyatlarının aparılmasını həyata keçirmək; 
  • uçotun yenilənməsinə, qanuna müvafiq aparılmasına dair məlumatlar hazırlamaq və onların icrasına nəzarət etmək;
  • idarənin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillərini aparmaq;
  • xəzinə, bank sənədlərinin tərtib olunmasına nəzarət etmək;
  • sektorun fəaliyyət istiqaməti üzrə statistika, vergi, DSMF-nin, maliyyə və s. hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsinə nəzarət etmək;
  • elektron sənəd dövriyyəsinə aid olan hesabatların elektron formada göndərilməsini həyata keçirmək;
  • dövlət büdcəsində təsdiq olunmuş göstəricilərə uyğun olaraq xərclərin bölüşdürülməsini və xərc smetalarının müvafiq qaydada dürüstləşdirməsini aparmaq;
  • xəzinə və bank əməliyyatları zamanı müvafiq sənədlərin tərtib edilməsində iştirak və xəzinə orqanları ilə pul vəsaitlərinin qalığı ilə bağlı qarşılıqlı üzləşmələri aparmaq;
  • dövlət büdcəsindən vəsait alınması zərurəti yarandıqda kredit açılışı üçün sifariş, kassa limitləri üzrə sifariş və sənədlərin müşayiət məktubunu hazırlamaq və Maliyyə Nazirliyinə təqdim edilməsinə nəzarət etmək;
  • xəzinə, təsərrüfat və bank əməliyyatlarının, əsas vəsait və öhdəliklərin, qeyri-material aktivlərin, azdəyərli əşya, material ehtiyatları və hesab-fakturaların uçotunu, dövlət büdcəsindən Əsaslı Vəsait Qoyuluşu üçün vəsait alınması zərurəti yarandıqda müvafiq sənədlərin layihələrini hazırlamaq;
  • Müəssisə xətti ilə dövlət büdcəsinə daxil olmuş birdəfəlik rüsum haqqında məlumatların və aidiyyəti yazışmaların layihələrini hazırlamaq və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Müəssisəninə təqdim etmək və həmin vəsaitin Müəssisəyə aid hissəsini bank hesabına daxil olmasını təmin etmək;
  • zərurət yarandığı halda dövlət investisiya vəsaitinə tələb olunan məlumatları   hazırlamaq və İqtisadiyyat Nazirliyinə təqdim edilməsini təmin etmək;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında” illik xüsusi hesabat formasının hazırlanması, “Azərbaycan Respublikasında  dövlət əmlakının idarə edilməsinin təkmilləşdirmək üzrə “Dövlət Proqramı”na  uyğun olaraq  dövlət əmlakının idarə olunması (hərəkəti) üzrə illik hesabatı hazırlamaq, “Daşınmaz Dövlət Əmlakının Qeydiyyat Vərəqəsi”   haqqında məlumat formasını tərtib etmək və Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmək;

Vakansiya ilə bağlı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • 5 illik analoji iş təcrübəsi, rəhbər vəzifədə 2 illik təcrübə (Dövlət qurumlarında təcrübəsi olanlara üstünlük veriləcək)
  • Sahə üzrə qanunvericiliyin tələblərini əla səviyyədə bilməli
  • Sahə üzrə beynəlxalq sertifikatının olması üstünlükdür
  • Ünsiyyət qurma bacarığı,  dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
  • Səlis Azərbaycan dili, (İngilis və  rus dili bilikləri arzu olunandır);
  • MS Office proqramları üzrə biliklər ;

İş Şərtləri:

  • Həftədə 5 iş günü;
  • İş saatları: 09:00-18:00;
  • Əməkhaqqı və digər təminatlar müsahibə əsasında müəyyən olunacaq

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sektor müdiri” yazaraq göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq.

VAKANSİYA 20

FF Group

Hüquqşünas

 Son tarix 01 mar 2022 – [email protected]

İş barədə məlumat:

  • Podrat müqavilələrinin hazırlanması, imzalanmasına nəzarət etmək;
  • Alqı-satqı müqavilələrinə nəzarət etmək, lazımı bəndlərin əlavə edilməsi və.s
  • Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
  • Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi;
  • Notarial təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
  • Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
  • Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
  • Tam məxfiliyə riayət edilməsi.

Tələblər:

  • Ali hüquqi təhsil (kommersiya və ya yönümlü arzuolunandır);
  • İxtisas üzrə 2-5 il iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
  • Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
  • Dürüst, stresədavamlı, məsuliyyətli.

Əlavə şərtlər:

  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun müəyyən edilir;
  • 5 günlük iş həftəsi;
  • Nahar şirkət tərəfindən verilir;

Uyğun namizədlər CV-lərini “Hüquqşünas” başlığı ilə mail ünvanına göndərə bilər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

fed.az