Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri TRASEKA-nın Baş katibi ilə görüşüb

360

18 fevral tarixində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov ilə TRASEKA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) təşkilatının Baş katibi Aset Asavbayev və TRASEKA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramovdan ibarət nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə TRASEKA-nın Azərbaycan və region ölkələri üçün əhəmiyyəti, sözügedən platforma çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti, Azərbaycanın TRASEKA-nın Hökumətlərarası Komissiyasına sədrlik etdiyi iki il ərzində görülən işlər barədə danışılıb.

Həmçinin TRASEKA nəqliyyat dəhlizi üzrə təhlükəsiz, etibarlı və effektiv nəqliyyat əməliyyatlarının təmin olunması, dəhlizin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı TRASEKA nəqliyyat dəhlizi üzrə konteyner daşımalarının inkişafı, TRASEKA və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM) rəqabət qabiliyyətinin artırılması üçün atılmalı addımlar ətrafında müzakirələr aparılıb.

Görüşdə Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları üçün təlimlər baxımından TRASEKA tərəfindən həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

ardda.gov.az