SATIŞ VƏ MARKETİNQ DEPARTAMENTİNDƏ MÜTƏXƏSSİS
Satış və marketinq departamentinin mütəxəssisi satış və marketinq strategiyasına uyğun müştərilərin və bazarın tələbatını analiz olunması, potensial müştərilərin axtarışı, kommersiya təkliflərinin və hesabatların hazırlanması, müştərilərlə görüşlərin və təqdimatların keçirilməsi və onlarla uzunmüddətli möhkəm əlaqələrin qurulması vəzifələrinin icrasına məsuliyyət daşıyır. Bakı Limanı bu vəzifənin icrası üçün dinamik, motivasiyalı, qeyd olunan iş sahəsində bilik və bacarıqlara sahib kadr axtarışındadır. Mütəxəssis Satış və marketinq departamentinin müdirinin nəzarətində fəaliyyət göstərəcək.
Satış və marketinq departamentində mütəxəssisin arzu olunan profilinə aşağıdakılar daxildir:
Bakalavr təhsili;
Satış və ya marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
MS Ofis proqram biliyi;
Azərbaycan, rus və ingilis dil bilikləri yaxşı səviyyədə;
Müvafiq sahə üzrə təlim sertifikatlarının olması arzuolunandır.
ƏSAS BİLİKLƏR:
Vətəndaş, kommersiya və maliyyə qanunvericiliyini;
Psixologiya və satışın prinsiplərini, qiymətləndirmə və marketinqin əsaslarını, reklam kompaniyalarının aparılmasının forma və metodlarını, reklamın əsaslarını, cəmiyyət tərəfindən göstərilən xidmətlərin çeşidini, təsnifatını, xasiyyətnamələrini və təyinatlarını;
Mülki və ticarət qanunvericiliyinin əsaslarını, mövcud olan uçot və hesabat formalarını, işgüzar ünsiyyət etikasını, danışıqların aparılması və işgüzar əlaqələrin qurulması qaydalarını;
İşgüzar davranış və danışıqların aparılması etikasını
DAVRANIŞ BACARIQLARI:
Ünsiyyət bacarığı;
Operativlik;
Problem həll etmə bacarığı;
İnandırıcılıq bacarığı;
Araşdırma, analiz bacarığı;
İdarəçilik bacarıqları (layihələrin idarə olunması).
ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
Müştərilərin və bazarın tələbatını analiz etmək;
Potensial müştərilərin axtarışı, yeni müştərilərin cəlb olunması, potensial müştərilər haqqında məlumatın toplanması, müştərilərlə görüşlərin və təqdimatların keçirilməsi, onlarla uzunmüddətli möhkəm əlaqələrin qurulması işlərini yerinə yetirmək;
Daxil olan məlumatları analiz etmək, potensial layihənin texniki məlumatlarını müvafiq mütəxəssisə yönləndirmək və yükaşırmanın mümkünlüyünü hesablamaq;
Kommersiya təkliflərini hazırlamaq və razılaşdırmaq;
Müştərilərin sifarişlərini qəbul etmək, işləmək, lazımi sənədləri rəsmiləşdirmək;
Xidmətlər üçün qiymət formalaşmasında iştirak;
Cari layihələrin idarə olunması;
Sərgilərdə limanın tanıdılmasını həyata keçirmək;
Aylıq satış planını təşkil etmək və satışlar üzrə hesabat aparmaq;
Statistikanın izlənməsi üçün aylıq, rüblük və illik hesabatları hazırlamaq, məlumat bazasını formalaşdırmaq;
Vakansiyanın tələblərinə cavab verən namizədlər öz CV – lərini 22.02.2022 – ci il tarixinədək hr@portofbaku.com elektron ünvanına başlıqda “SATIŞ VƏ MARKETİNQ DEPARTAMENTİNİN MÜTƏXƏSSİSİ” qeyd edərək göndərə bilərlər.
portofbaku.com