Dənizdə İnsan Hüquqları üzrə Cenevrə Bəyannaməsinin ictimai müzakirəsi başlayıb

300

Dənizdə İnsan Hüquqları Təşkilatı (HRAS) tərəfindən hazırlanmış və dərc edilmiş Dənizdə İnsan Hüquqları üzrə Cenevrə Bəyannaməsi ilə bağlı ictimai müzakirə başlanıb.

Bəyannamə insan hüquqlarının quruda olduğu kimi, dənizdə də tətbiq edilməsi prinsipinə əsaslanır.

İlin istənilən vaxtında dənizdə 30 milyon insan olur və onların hüquqlarının geniş şəkildə və qəsdən pozulmasına dair sübutlar var. Bunlara piratçılıq, köləlik, atıb getmə, insan alveri, uşaq əməyi, ayrı-seçkilik və təcavüz daxildir.

Dənizdə İnsan Hüquqları üzrə Cenevrə Bəyannaməsində dənizdə insan hüquqlarının qorunması dörd prinsip əsasında qurulub: insan hüquqları bəşəridir; onlar quruda olduğu kimi dənizdə də tətbiq olunur; dənizdə olan bütün şəxslər heç bir fərq qoyulmadan insan hüquqlarına malikdirlər; dənizdə insan hüquqlarından imtina etmək üçün xüsusi dəniz səbəbləri yoxdur; dənizdə həm müqavilə, həm də beynəlxalq hüquqla müəyyən edilmiş bütün insan hüquqlarına riayət edilməlidir.

Bəyannamənin nəşri milli, beynəlxalq, humanitar və qaçqın hüququ sahələri üzrə ekspertlərin üç illik tədqiqatının nəticəsidir. Bəyannamə insan hüquqlarının pozulmasına dair sübutları üzə çıxarır və liman, sahilyanı və bayraq dövlətlərinə tövsiyələr verir.

Bəyannamə növbəti 6 ay ərzində – 2022-ci il sentyabrın 1-dək ictimai müzakirə üçün açıqdır.