Konteyner daşımaları: keçmişdən gələcəyə – VİDEO

735

Konteyner daşımaları qlobal iqtisadiyyatda mühüm rol oynayır. Lakin bu sənaye indiyədək bugünkü qədər böyük əhəmiyyətə malik olmayıb.

Yük daşımalarına tələbat eramızdan əvvəl 3-cü əsrdə ortaya çıxıb. Əvvəllər yüklər kisələrdə, çəlləklərdə və taxta yeşiklərdə gəmilərə yüklənirdi. Dənizçilər isə onları göyərtədə və ya dar hissələrdə yerləşdirirdi.

1956-cı ilədək gəmilər yükləmə əməliyyatları səbəbindən limanlarda həddindən çox vaxt itirirdilər. Həmin vaxt amerikalı yük maşını sürücüsü Malkolm Maklin Nyu Cersidən Hyustona yola düşən gəmiyə 58 metal qutu yığır. Bu, inqilabi addım idi. Çünki, konteynerlər təhlükəsizliklə  yanaşı, yükün qablaşdırılmadan limanlardan maşın və  qatarlarla daşınmasına imkan yaradırdı.

Bu hadisə mühüm yeniliklərə təkan verdi.

Konteynerlərin ölçüləri standartlaşdırıldı. 

1966-cı ildə Moore-McCormack Lines (Mur MakKormak Layns) ilk transatlantik konteyner xidmətinə başladı.

1968-ci ildə Yaponiyaya məxsus dünyanın ilk müasir konteyner daşıyan gəmisi “Hakone Maru” suya buraxıldı. Bu gəmi ilə ilk dəfə 752 TEU həcmində konteyner daşınmışdı.

Bundan sonra bir-birinin ardınca Danimarkanın “Maersk” xətti, Fransanın “CMA CGM” və Çinin “Cosco” kimi nəhəng qlobal gəmiçilik şirkətləri yarandı.

1980-ci illərə qədər dünya üzrə istehsal olunan məhsulların təxminən 90%-i konteynerlərdə daşınırdı. Gəmilərlə yüklərin Asiyadan Qərbə və əksinə daşınması qloballaşma prosesini sürətləndirdi. Panama və Süveyş kanallarının genişləndirilməsi ilə daha böyük gəmilərlə yükdaşmalara başlandı.  Lakin, təəssüf ki,  bu, ziyansız ötüşmədi. 

Bu sahədə gəmilərin artması həm də rəqabət yaratdı. Rəqabətə tab gətirməyən bir sıra gəmi operatorları isə bazardan tamamilə uzaqlaşmağa məcbur oldu.  Bununla belə, konsolidasiya dalğası nəticəsində  20 okean operatorunun sayı 11-ə qədər azaldı.

Bugün konteyner gəmiləri nəhəng göydələnlərə bənzədilir. Onlarla hətta 20.000 qutudan çox yük daşımaq imkanı var. Bir konteynerə 10.000 iPad yerləşə bilər. 

Son zamanlarda artım soyuducuda saxlanılan məhsulların payına düşür. Təzə məhsullar, yeməklər və çiçəklər artıq təyyarə ilə deyil, soyuducu qutularda saxlanılaraq gəmilərlə daşınır. Məsələn, bananlar bu qutularda 50 günə qədər saxlanıla bilər.

Bəs, gələcəkdə bizi nə gözləyir? Ehtimal edilir ki, yaxın gələcəkdə 50.000 konteynerlə hərəkət edən heyətsiz nəhəng gəmilər, xərcləri azaldan blokçeyn texnologiyası vasitəsilə yüklərin limanlara paylanılması real olacaq.

Bundan başqa, “Dənizlərin Teslası” tipli 100% elekrikli yük gəmilərinin yaxın gələcəkdə istismara veriləcəyi gözlənilir. Sıfır karbon emissiyası olan gəmi havanı çirkləndirməyəcək və yükləri istehsal sahələrindən ixrac limanına daşıyacaq. Gəmi yaşayış ərazilərdən keçən minlərlə yük maşını marşrutlarını əvəz edəcək.