“Krasnoye Sormovo” gəmiqayırma zavodu Çin və Koreyada təchizatçı axtarır

284

Sanksiyalar çərçivəsində idxal olunan avadanlıqlarla bağlı problem gəmiqayırma zavodlarına da təsir edib.

“Seanews.az” xəbər verir ki, “Krasnoye Sormovo” zavodu bu il  RSD59 layihəsinin bir sıra quru yük gəmilərini təhvil verməyi planlaşdırır, onlardan ikisi artıq sifarişçiyə təhvil verilməyə hazırlanır.

“Naviqasiya vəziyyəti imkan verən kimi onlar sınaq səfərinə çıxacaqlar. Seriyadakı qalan gəmilərin komponentlərini əldə etmək üçün biz özümüz  Koreyadan və Çindən təchizatçı axtarırıq. Hazırda tədarükçüləri seçirik”, – deyə zavoddan bildiriblər.

Ayrı-ayrı mərhələlərin tamamlanması üçün son tarixlərin dəyişə biləcəyinə baxmayaraq, “Krasnoye Sormovo” gəmiqayırma zavodunda2022-ci ilə planlaşdırılan istehsal proqramının tam şəkildə yerinə yetiriləcəyinə ümid edirlər.