Dövlət Dəniz və Liman Agentliyində Amerika təşkilatı tərəfindən keçirilən təlimlər yekunlaşıb

338

Dövlət Dəniz və Liman Agentliyində işçi heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində atılan addımlar çərçivəsində təşkil olunan “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” mövzusunda təlimlər yekunlaşıb.

“Amerika Dəniz Gəmiçilik Bürosu” (ABS) tərəfindən həyata keçirilən təlimlərin sonunda işçi heyəti təlim mövzusu üzrə sertifikasiya imtahanında iştirak ediblər.

Bağlanış tədbirində imtahanı uğurla başa vurmuş əməkdaşlar Amerika Dəniz Gəmiçilik Bürosu və Dövlət Dəniz və Liman Agentliyi tərəfindən sertifikatlarla təltif olunublar.

3 gün davam edən təlim proqramı ərzində əməkdaşlar “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin (ISM Code) tarixçəsi, məqsədi, başlıca müddəaları və tələbləri barədə məlumatlar əldə edərək, daxili audit proqramı, auditin aparılması, audit cədvəlinin, müvafiq hesabatların tərtib olunması, korreksiyaedici tədbirlər və onların monitorinqi mövzusunda öz bilik və bacarıqlarını təkmilləşdiriblər.

https://ardda.gov.az/