ADDA-da Beynəlxalq elmi-texniki konfrans keçiriləcək

263

Noyabrın 17-18-də Azərbaycan  Dövlət Dəniz Akademiyasının “Gəmi elektroavtomatikası” kafedrası “ Elektroenergetikanın müasir problemləri və inkişaf perspektivləri ” mövzusunda Beynəlxalq elmi-texniki  konfrans  keçirəcək.

İki gün davam edəcək Beynəlxalq elmi-texniki konfransda “Yaşıl energetika və regenerativ enerji texnologiyaları” və “Gəmilərin elektrik avadanlığı və avtomatikası” bölmələri üzrə müzakirələr aparılacaq.

Konfransda yerli universitetlər və təşkilatlarla yanaşı, bir sıra ölkələrdən (Rusiya, Türkiyə, Ukrayna, Polşa, Gürcüstan və s.) alimlərin iştirakı gözlənilir. Təqdim olunan məqalələr konfransın toplusuna daxil ediləcək. Müvafiq qaydalara uyğun olaraq seçilmiş elmi məqalələr “Scopus” bazasında dərc olunacaq.

Konfrans materiallarını oktyabrın 25-dək  [email protected] elektron poçt ünvanına göndərmək olar. Ətraflı məlumatları aşağıdakı yüklə linkindən əldə edə bilərsiniz (əlaqə telefonu 055-525 25 99). 

Yüklə          : Az. ADDA

Download  : Eng. ADDA

Загрузить : Rus ADDA

adda.edu.az