Bu şirkətlər işçi yığır: əmək haqqı 400-700-1000-1200 manat – 30 VAKANSİYA

1191

VAKANSİYA 1

Soliton

Satınalma meneceri

Son tarix 13 avq 2022 – [email protected]

İşin təsviri:

  • Şirkətin məhsul və xidmətləri üzrə mövcud bazar qiymətləri əsasında qiymətləndirmənin aparılması
  • Şirkətdə tələb olunan malların, materialların, xidmətlərin satınalması və qiymət və maliyyə analizlərini həyata keçirilməsi
  • Stok təqibinin aparılması
  • Müvafiq layihələrin hazırlanmasında yaxından iştirak edilməsi
  • Görülən işlərin nəticələrinə əsasən hesabatların rəhbərliyə təqdim edilməsi

Tələblər:

  • Dil bilikləri: İngilis dili
  • Kompüter biliyi: MS Office proqramları 
  • Cins: Qadın və ya kişi
  • Yaş həddi: 22-30
  • Etibarlılıq, dəqiqlik və detallara diqqət yetirmə
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq

İş şəraiti:

  • İş yeri: Baş Ofis (Tbilisi pr.)
  • İş rejimi: Tam
  • İş saatı: I-V günləri 09:00-18:00, VI günlər 09:00-15:00
  • Əmək haqqı: 500-800 AZN
  • Əlavələr: AR əmək məcəlləsinə görə sənədləşmə
  • Nahar yeməyi şirkət tərəfindən verilir

VAKANSİYA 2

Optimal Electronics

Əmək və Karyera Yarmarkası (Saatlı)

 Son tarix 13 avq 2022 – 

Optimal Elektronika MMC şirkətinin İnsan Resursları Departamenti, Saatlı şəhərində yerləşən mağazada yaranan vakansiyalar üzrə 14 iyul, 2022-ci il tarixlərində saat 11.00-dan 13.00-a qədər Optimalı Elektronika MMC-nin Saatlı filialında Əmək və Karyera Yarmarkası keçirir.

Niyə məhz Optimal?

  • Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
  • Pozitivlik bizim ən böyük uğurumuzdur! 
  • Kreativ ideyaları yaradırıq!
  • İstedadlı gənclərə yol açırıq!

Öz potensialına inanan hər bir kəsi Əmək Yarmarkasında iştiraka dəvət edirik.

Əmək və Karyera Yarmakasında iştirak etmək Sizə nə verəcək?

  • Şirkətinin rəhbər şəxsləri ilə birbaşa ünsiyyət;
  • Fərqli mühitdə özünü və bacarıqlarını daha rahat ifadə etmək imkanı;
  • Əmək Yarmarkası zamanı iş təklifi almaq imkanı;
  • Təcrübəniz olmadığı halda belə, perspektivinizi nümayiş etdirərək işə düzəlmək imkanı;
  • Pozitiv şəraitdə, həyacan keçirmədən özünü və bacarıqlarını  işəgötürənə təqdim etmə;

Əmək Yarmarkasında təqdim ediləcək vakansiyalar:

  • Mağaza inzibatçısı 
  • Satış məsləhətçisi
  • Əməliyyatçı
  • Kredit mütəxəssisi 

Ətraflı məlumat üçün: (012) 954 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Ünvan:Optimalın Saatlı filialı (Saatlı şəh., Heydər Əliyev pr.,155A)

VAKANSİYA 3

Finivo Project

Anbardar

 Son tarix 13 avq 2022 – [email protected]

İşin təsviri:

  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin düzgün yerləşdirilməsini təmin etmək;
  • Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
  • Sifariş tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
  • Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək;
  • Anbarlarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
  • Anbarda olan mal-materialın təhlükəsizliyini, anbardan buraxılan və anbara daxil olan mal-materialın giriş-çıxış sənədləri üzrə qeydiyyatını təmin etmək;
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatları təqdim etmək;
  • Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü nəzarətdə saxlamaq;
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
  • Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
  • Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal-materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbar əməliyyatlarının uçotunun aparılmasına və hesabatların hazırlanmasını icra etmək;
  • Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.

İş şərtləri:

  • Əmək haqqı: 700 AZN (namizədin bacarığına əsasən fərqli əmək haqqı təyin edilə bilər);
  • İş qrafiki: Bazar ertəsi–Cümə: 09:00-dan – 18:00-dək; Şənbə: 09:00-dan – 15:00-dək; 
  • İstirahət günləri: Bazar;
  • Nahar vaxtı: 13:00-14:00.
  • İş saatları: 09:00-18:00;

Namizədə dair tələblər:

  • Ali təhsilli olmaq;
  • İngilis və rus dillərini baza (başlanğıc) səviyyəsində bilmək;
  • Microsoft office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq;
  • Stresə davamlı olmaq;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləməyi bacarmaq;
  • Təşkilati və analitik bacarıqlara sahib olmaq;
  • Sürətli və çevik olmaq;
  • Anabar işlərində minimum 2-3 il iş təcrübəsinə malik olmaq.

Göstərilən tələblərə uyğun olan namizədlər öz müraciət formalarını (CV) foto ilə birlikdə elektron ünvanına mövzu hissəsində “Anbardar” qeyd etməklə göndərə bilərlər.

VAKANSİYA 4

MKT İstehsalat Kommersiya MMC

GPS Operatoru

 Son tarix 13 avq 2022 – Müraciət et

Vəzifə öhdəlikləri:

  • Gündəlik filiallar üzrə görülmüş aqrotexnik işlərin yoxlanıb sistemə işlənilməsi və təsdiqi;
  • Filiallar üzrə aqrotexnikaların GPS qəbuledicilərinin işçi vəziyyətində olmasına nəzarət;
  • Şöbə rəhbəri və Baş GPS operatoru tərəfindən verilmiş tapşırıqları yerinə yetirmək;
  • Aylıq və mövsümi hesabatlar çıxarıb analizlər aparmaq.

Tələblər:

  • Geodeziya, xəritəçilik, aqrar və ya İT sahəsində ali təhsili olanlara üstünlük veriləcək;
  • Aqrotexniki işlər barəsində məlumatlı olması arzuolunandır;
  • Mövsümün müəyyən dövrlərində gərgin iş rejimində işləmək;
  • MS ofis proqramlarında sərbəst işləmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

VAKANSİYA 5

Company

Помощник руководителя

Son tarix 13 avq 2022 – [email protected]

Позиция:   Помощник руководителя компании,  специализирующейся в металлургии и машиностроении,  преимущественно для сферы энергетики; 

Место работы и график:  График свободный,  в режиме Home-office (пятидневная неделя) 

Ограничения по полу и возврату:   с 25 до 60 лет без ограничения по полу;

Образование:   Не ниже бакалавра,  предпочтение будет отдаваться людям с техническим  образованием,  хотя бы с техническим  уклоном мыслей; 

Навыки и опыт работ:   Уверенный  пользователь ПК,   желателен опыт работы в нефтегазовой сфере.  

Владение языками:  азербайджанский,   русский  (английский будет считаться преимуществом);

Функционал: Подготовка документов для тендеров, работа с клиентами  в части преддоговорной и   договорной работы,  организация и сопровождение встреч с компаниями партнерами и клиентами, выполнения рабочих поручений (исключительно рабочих) руководителя. 

Оплата труда:  Испытательный срок 3 месяца,  во время испытательного срока официального оформления не будет и зарплата будет 70% от  основной работной платы, которая составляет 1000AZN

После испытательного срока –  официальное оформление.

Премиальные по итогам квартала.  Измеримыми критериями для выплаты премиальных будут успех  новых  контрактов. 

VAKANSİYA 6

Company

Chief Accountant

 Son tarix 13 avq 2022 – [email protected]

Reporting line: Finance Manager 

Main responsibilities:

  • Tax accounting, preparation & submission of all monthly, quarterly and annual tax statements
  • Payroll processing in 1C
  • Social Security & Statistics reports
  • Control of debtor and creditor balances
  • General Ledger entries
  • All kinds of communication with tax department, letters incoming & outgoing
  • Liaision with external auditors during annual statutory audit
  • Ensure the accuracy of all accounting records during tax and pension fund on-site audits
  • Timely response to all incoming letters from tax department and other state authorities
  • Support of business departments to provide all necessary required information
  • Undertake all other additional tasks assigned by management

Requirements:

  • Bachelor’s degree in economics / finance field
  • Fluent Azerbaijani and preferably English
  • Good computer skills 
  • Knowledge of 1C Program
  • Minimum 5 years of experience in accounts 
  • Must have knowledge of computerized financial information systems.
  • Very good knowledge of Azerbaijani Tax Legislation
  • Good communication skills
  • Professional, Highly responsible, Accurate, Punctual.

VAKANSİYA 7

XL MMC

Satış təmsilçisi

 Son tarix 26 iyl 2022 – [email protected]

Namizədə tələblər:

  • Ünsiyyətcil, təşəbbüskar olması;
  • Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığının olması;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinin olması;
  • MC Office proqramlarında sərbəst işləməsi;
  • Yalnız xanım namizədlər;
  • Yaş: 18-25.

İş barədə məlumat:

  • Sifarişlərin işlənilməsi;
  • Vaxtında sifarişlərin verilməsi;
  • Görülən işlər barədə rəhbərliyə günlük, aylıq hesabat vermək

İş günü: Hər gün;

İş vaxtı: 09.00-dan 18.00-dək (1 saat nahar fasiləsi);

Maaş: 800 AZN +; 

Üstünlüklər: nahar (istənilən yeməyin sifarişi), performansa görə bonus və ya hədiyyələrin verilməsi.

Müraciət qaydaları:

CV-ni “Satış təmsilçisi” başlığı (tema/subject) ilə göndərə bilərsiniz.

Qeyd: Hər bir müraciətə 3 gün ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər ilə müsahibə keçirilir.

Son müraciət tarixi: 25.07.2022

VAKANSİYA 8

Tufandag Mountain Resort

Texnik direktor

 Son tarix 13 avq 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Kanat xətlərinin  və atraksionların düzgün, fasiləsiz işləməsinə və istehsalçının və qanunvericiliyin tələbinə uyğun olaraq yoxlama və təmir işlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • Kanat xətlərində və atraksionlarda günlük, həftəlik, aylıq, yarımillik, illik, böyük və tələb olunan bütün texniki baxışların keçirilməsində iştirak etmək və ümumi təmir işlərinə nəzarət etmək;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasına nəzarət etmək;
  • Şirkətin Direktorun fəaliyyətinin texniki sahə üzrə işlərin həyata keçirilməsi üçün rəylər təqdim etmək;
  • Şirkətin Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Şöbədaxili inventarizasiyanın aparılmasına nəzarət etmək;
  • Yüksək gərginlik avadanlıqları, elektrik və elektronika sahəsi üzrə əsaslı və cari təmirinə nəzarət etmək;
  • Yüksək gərginlik, elektrik və elektronika qurğularında təmir, istismar və qəza – bərpa işlərini bilavasitə təşkil etmək və iş prosesinə nəzarət etmək;
  • Material və ehtiyat hissələrinin aylıq və illik sifarişlərinin verilməsinə nəzarət etmək;
  • Nasosxanaların, Qazanxanaların və Süni Qar Yaratma aparatlarının tələb olunan qaydalar çərçivəsində fəaliyyətini təmin etmək;
  • Nasosxanaların və Süni Qar Yaratma aparatlarının qış mövsümünün əvvəlində və sonunda aparılan texniki baxış zamanı müəyyən olunmuş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verməli və onların aradan qaldırılması üçün tədbirlər görməli;
  • Qış mövsümü ərzində süni qar vurma əməliyyatlarına nəzarət etmək;
  • Texniki sahə üzrə əməliyyatların icrasına (günlük, həftəlik, aylıq və illik baxımlar) birbaşa nəzarət etmək;
  • Kanat xətləri və atraksionlar üzrə avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmirin keçirilməsinə və smeta xərclərinin hesablanmasını həyata keçirmək;
  • Hər bir əməkdaşın texniki sahədə kompleks daxili təqdim edilən bütün xidmətlər üzrə təsdiq olunmuş istifadə və təhlükəsizlik qaydaları ilə tanış olmasına və prosesin təhlükəsiz icrasının təmin edilməsinə nəzarət etmək;
  • Tabeçiliyində olan əməkdaşlara xidmət ilə əlaqədar mütəmadi təlimlərin keçirilməsi təmin etmək;
  • Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması;
  • Tələb olunan hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Yanğın və fövqəladə hallar təhlükəsizliyinin təkmilləşdirilməsi, təhlükəsizlik texnikası pozuntularının aradan qaldırılması üçün tədbirlərin görülməsi üçün təlimat və təkliflər hazırlayır və təsdiqə təqdim edir;
  • Müəssisədə istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə və təmir baxım işlərinə nəzarət etmək;
  • Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Müvafiq sahədə təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
  • Müvafiq sahələrdə 8 il idarəedici səviyyədə iş təcrübəsi
  • MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (sadə formulalarla işləmək)
  • Tikinti və təmir işlərinin aparılması texnologiyaları
  • Daşınmaz əmlaka və tikintiyə dair sənədlərin hazırlanması qaydaları və tələbləri
  • Təmir-tikinti işləri zamanı təhlükəsizlik qaydaları;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
  • Yüksək səviyyədə Azərbaycan, rus dili və ingilis dili;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Biznes düşüncəsi və analitik zəkaya sahib olmalı;
  • Nitqində qüsur olmamalı
  • Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı
  • Ünsiyyət qurma və izah etmə qabiliyyəti

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Texnik direktor) göstərilməklə göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

VAKANSİYA 9

Yağmur Mebel

Satış təmsilçisi

Son tarix 13 avq 2022 – [email protected]

Ünvan: Babək prospekti 76 c Xalqlar dostluğu dairəsinin yanı

Ümumi vəzifə öhdəlikləri:

  • Satışın effektiv həyata keçirilməsi;
  • Mağazanın daxilində pozitiv komanda ruhunun qorunub saxlanılması;
  • Hər zaman müştərilərə nəzakətli və gülərüz şəkildə xidmətlər göstərilməsi;

Tələblər:

  • Xanım namizədlər
  • Satış sahəsində müvafiq təcrübə ;
  • Azərbaycan dili mükəmməl səviyyədə;
  • Rus dili arzuolunandır

Əmək haqqı-500 AZN + bonus.

VAKANSİYA 10

189 Taxi

Product specialist

 Son tarix 13 avq 2022  – [email protected]

Öhdəliklər:

  • Mobil tətbiqim inkşafı üçün mütəmadi araşdırmalar etmək;
  • Fokus qruplar ilə funksional/prototipləri/ideyaları test etmək;
  • 189 TAXI xidmətinin yaxşılaşdırılması üçün təkliflərin formalaşdırılmasında iştirak etmək,
  • Daxili və xarici kommunikasiya alətləri vasitəsilə auditoriya ilə işləmək;
  • Testlərin hazırlanması və yoxlanılması, eksperimentlərin aparılması, nəticələrin interpretasiyası, hesabatların sistemləşdirilməsi;
  • Hipotezlərin inkişafı və yoxlanılması.

Tələblər:

  • Ali təhsil
  • Rəqəmsal məhsullarla iş üzrə təcrübə üstünlükdür
  • Analitik düşünmə qabiliyyəti
  • Öyrənməyi sevmək və yeniliklərə açıq olmaq
  • Məhsulun inkişaf mərhələlərini anlamaq
  • Savadlı və dəqiq nitq, öz fikirlərini dəqiq ifadə etmək bacarığı.
  • Təşəbbüskarlıq, “yanan” gözlər və əla ünsiyyət bacarıqları

Şərtlər:

  • Ofis-şəhərin mərkəzində yerləşir
  • 5 günlük iş qrafikı, 9.00-18.00 
  • Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir

  Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini elektron ünvanına göndərsinlər.

   Tel: 055 203 98 89

VAKANSİYA 11

AZZA Cake House

Satıcı

Son tarix 13 avq 2022 – [email protected]

Tələblər:

  • Tam orta təhsil (ali təhsil olması üstünlükdür).
  • Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür).
  • Satış sahəsində təcrübə  (üstünlükdür).
  • Komandada işləmə bacarığı.

Vəzifələr:

  • Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq.
  • Alqı – satqı zamanı alıcılara məsləhət vermək.
  • Mağaza tərəfindən malların qəbulunda köməklik etmək.
  • Satış üçün malların hazırlanması.
  • Malların qiymət etiketlərinə nəzarət etmək.
  • Malların saxlama müddətinə nəzarət etmək.
  • Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək.

Səlahiyyətlər:

  • məsuliyyət
  • dəqiqlik
  • stresə dözümlülük
  • ünsiyyətlilik
  • müştəriyə diqqətçilik

Şirkət təklif edir:

  • əmək haqqı 425-500 manat
  • növbəli iş cədvəli ilə beş günlük iş həftəsi
  • peşəkar inkişaf və irəliləyiş 
  • rəsmi qeydiyyat

Namizələrdən mövzu yerində “Satıcı” vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə e -poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

VAKANSİYA 12

Restaurants by Emin Agalarov

Кассир

 Son tarix 13 avq 2022- [email protected]

Заработная плата –  700.

Обязанности:

  • Осуществлять операции по приему, учету, выдаче и хранению денежных средств с выдачей чека покупателю, используя в работе контрольно- кассовую машину.
  • Знать ассортимент продукции кафе по названию и внешнему виду.
  • Передавать в соответствии с установленным порядком денежные средства в  бухгалтерию компании. Составлять кассовую отчетность.

Требования к кандидату:

  • Наличие соответствующего образования.
  • Свободное владение русским, азербайджанскими языками.
  • Опыт работы с программой R-Keeper, не менее 2 года.
  • Ответственность, аккуратность, исполнительность.

Тип занятости:

Полная занятость, полный рабочий день 

  • Оформление согласно ТК АР.
  •  График работы 6/1.

CV кандидатов, не соответствующих указанным требованиям, не будут рассматриваться.

VAKANSİYA 13

Seaport Catering

SƏTƏMM – Qida Mühəndisi

 Son tarix 13 avq 2022 – [email protected]

Öhdəliklər:

  • İstehsal olunan məhsulların fiziki-kimyəvi ve mikrobiolojik analizlərinə nəzarət etmək.
  • Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət; 
  • Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
  • Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
  • Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların , problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlər , Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
  • Müəssisəyə daxil olan xammal, yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə  uyğunluğuna nəzarət etmək. İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək;
  • Məhsulun keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbat səviyyələrinə uyğunlaşdırılması üçün tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil etmək;

Namizədə tələblər:

  • Ali təhsil (Standartlaşdırma və sertifikasiya),
  • Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
  • Qida sahəsində iş təcrübəsi mütləqdir
  • Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli;
  • Bu sahədə ən azı 3 illik iş təcrübəsi
  • Regionlara ezamiyyə 
  • Əmək haqqı 1000 – 1200 azn 

CV-nizi “ Qida Mühəndisi  “ qeyd edib elektron ünvanına göndərməyiniz xahiş olunur

VAKANSİYA 14

Aztech and Tegeta Motors

Менеджер по корпоративным продажам

Son tarix 13 avq 2022 – [email protected]

Обязанности:

  • Работа с текущими клиентами компании
  • Привлечение новых клиентов
  • Поддерживание постоянной связи с клиентами для покрытия их потребностей
  • Презентация компании и продуктов
  • Усиленно работать в команде для достижения целей компании 

Требования:

  • Пол – мужской
  • Возраст 25-35
  • Высшее образование
  • Хорошее знание первичных документов, Microsoft Office и 1С.
  • Внимательность и ответственность
  • Умение работать в команде, клиентоориентированность, умение организовывать рабочее время, нацеленность на результат, аналитический склад ума, умение четко и грамотно излагать мысли в устной и письменной форме, доброжелательность и пунктуальность.
  • Обязательное знание в совершенстве Русского и Азербайджанского языков (Английский выше среднего)
  • Минимальный опыт работы на аналогичной позиции 3 года
  • Аналитический склад ума, умение выполнять несколько задач одновременно.

Условия:

  • Официальное оформление согласно законодательству АР
  • Заработная плата будет рассматриваться в зависимости от компетенции кандидата+Бонусы
  • Компенсация амортизационных и топливных расходов автомобиля.
  • График работы: Понедельник-Пятница: 09:30-17:30, Суббота: 09:30-15:30. Время обеда: 13:00-14:00
  • Возможны непродолжительные командировки.
  • Корпоративный номер и разговорный лимит
  • Обед за счет компании
  • Aдрес: Гарадагский район, Сальянское шоссе 12 км, “Aztech and Tegeta Motors” LLC

VAKANSİYA 15

Toca Residence

Ofis meneceri

Son tarix 12 avq 2022 – [email protected]

Namizədə tələblər:

  • Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti;
  • Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;
  • Təzyiq altında işləmək,  problemləri həll etmə bacarıqlarına malik olmaq;
  • Xoş görünüşlü və ünsiyyətcil;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
  • Müqavilələrin və müxtəlif hesabatların hazırlanması təcrübəsi;
  • Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı;
  • Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel mütləqdir);
  • Müvafiq sahədə 1 il təcrübə.

İş barədə məlumat:

  • Gündəlik kargüzarlıq və işlərin yerinə yetirilməsi, yönləndirilməsi,icrasına nəzarət;
  • E-mail və telefonların cavablandırılması;
  • Aidiyyatı şəxslərlə əlaqənin qurulması və qeydiyyatının aparılması;.
  • Sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı;
  • Alqı-satqı müqavilələrinin, müxtəlif günlük, həftəlik, aylıq hesabatların hazırlanması;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Rəhbərliyn qərarlarının icrasına nəzarət etmək.
  • İş qrafiki: B.e.-Şənbə 10:00-dan 19:00-dək

Əmək haqqı: 800 AZN + bonus.

Qeyd: Satış bacarığı olan şəxslərə üstünlük veriləcək.

Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!

VAKANSİYA 16

Mars Overseas Baku

Təftiş mütəxəssisi (Gəncə, Lənkəran)

 Son tarix 13 avq 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Regionda yerləşən ticarət nöqtələrinin yoxlanışı
  • Üzləşmə prosesinin aparılması
  • Təhvil-təslim prosesinin aparılması
  • Günlük və aylıq hesabatların rəhbərliyə göndərilməsi
  • Region utilizasiyalarının aparılması və aktlaşdırılması

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
  • Azərbaycan dili (mükəmməl) , İngilis dili və Rus dili üstünlükdür
  • MS Office proqramları
  • Şəxsi nəqliyyat vasitəsinin olması mütləqdir

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını müraciət etdiyiniz regionu qeyd etməklə “Təftiş mütəxəssisi” adı ilə göndərə bilərsiniz.

VAKANSİYA 17

Retail Solutions

Ofis işləri üzrə köməkçi

Son tarix 13 avq 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Servis işlərinin planlanmasi və nəzarət edilməsi;
  • Sənədlərin qaydaya salınması, fayllara işlənməsi;
  • Servislə bağlı zənglərin qəbulu, lazımi şöbələrə yönləndirilməsi;
  • Satış təkliflərinin hazırlanmasında yaxından iştirak etmək;
  • Müştərilərlə daimi əlaqə saxlanılması;
  • Operations-la bağlı işlərdə yaxından iştirak etmək;
  • Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil.
  • Məsuliyyətli, dəqiq, ciddi olmalı;
  • Stress altında işləmə bacarığı;
  • İşində müştəri məmnuniyyətini əsas amil tutmalı;
  • Təşkilatçılıq və idarəçilik bacarıqlarına malik olmalı;
  • Kompüter biliyi: MS Office (Word, Excell); 
  • İş təcrübəsi- minimum 1 il;
  • Azərbaycan və Rus dilini yaxşı səviyyədə bilməli;
  • Yalnız bəy namizədlər axtarılır.

Əmək haqqı: 400-500 AZN

Müraciət etmə qaydası:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: 

CV-lər e-mail ünvanına göndərilməlidir;

Mövzu sətrində “ Ofis işləri üzrə köməkçi ” qeyd olunmalıdır;

CV-lər 13 Avqust , 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Qeyd olunan tələblərə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən, cv-sində şəkili olmayan və son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq

VAKANSİYA 18

Azedunet LLC

Texniki dəstək üzrə mütəxəssis / Şəbəkə dəstəyi üzrə mütəxəssis (Tovuz)

 Son tarix 13 avq 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • İnformasiya və kommunikasiya texnologiyaları (İKT) avadanlıqlarının proqram və aparat təminatı üzrə texniki xidmətinin göstərilməsi;
  • İKT avadanlıqların işlək vəziyyətin qorunması üçün monitorinqin, diaqnostikanın və profilaktik işlərin aparılması;
  • Təhsil müəssisələrinin ADSL və 3G/4G (antenaların quraşdırılması) texnologiyaları ilə İntranetə və İnternetə qoşulmaları;
  • Təhsil müəssisələrində şəbəkə problemlərinin aradan qaldırılması;
  • Şirkətdə iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində (OTRS) görülmüş işlərin qeydiyyatı;
  • Lokal Şəbəkədə yaranan problemlərin araşdırılması və həlli;
  • Görülən işlərin təhvil-təslimi, aktlaşdırılması, mal-materialın dövriyyəsinin dəstəklənməsini və iş emalının Əməliyyat Sistemində əks olunması;
  • Rəhbər tərəfindən verilən vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

  • ali və ya texniki təhsil;
  • müvafiq sahədə ən az 1 illik iş təcrübəsi;
  • kollektivdə işləmək bacarığı;
  • məsuliyyətlilik.

İş qrafiki: 5 günlük iş rejimi.

Əmək haqqı: Müsahibə vaxtı müəyyən olunacaq. 

Müraciət qaydası:

CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Texniki dəstək üzrə mütəxəssis / Şəbəkə dəstəyi üzrə mütəxəssis (Tovuz rayonu üzrə)” yazmaqla göndərə bilərsiniz.

VAKANSİYA 19

Inteltech

Korporativ satış mütəxəssisi

 Son tarix 13 avq 2022 – [email protected]

İş barədə məlumat:

  • Potensial müştərilərlə bağlı bazar araşdırmalarının aparılması və müştəri bazasının formalaşdırılması
  • Korporativ zənglərin edilməsi və potensial satış ola biləcək məntəqələrə ziyarət
  • Şirkətin məhsullarının ətraflı öyrənilməsi və təqdimatların keçirilməsi
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
  • Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
  • Müştəridən sifarişlərin qəbul olunması və sifarişlərin icra olunması
  • Müştəri ödəmələrinin izlənilməsi
  • Müvafiq dövrlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması

Namizədə tələblər:

  • Rus və Azərbaycan dillərində səlis ünsiyyət bacarığı (İngilis dili üstünlük kimi qiymətləndirilir)
  • Korporativ və B2B satış və sahəsində minimum 1 illik iş təcrübəsi (ERP və program təminatı sahəsində təcrübə üstünlükdür)
  • Şəxsi müştəri bazası üstünlük kimi qiymətləndirilir
  • Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı
  • MS Office və Task Management programlarında işləmə bacarığı
  • Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı

İş şəraiti:

  • Əmək haqqı müsahibə nəticəsində müəyyənləşdiriləcək
  • 5 günlük iş həftəsi ( 09:00 – 18:00)
  • İşin tələblərinə əsasən ofisdən və evdən çalışma imkanı
  • Korporativ nömrə şirkət tərəfindən təşkil olunur.

Telefon: 070 223 09 20

VAKANSİYA 20

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası

Üzvlər üzrə Menecer

 Son tarix 13 avq 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Təşkilatın üzvlük strateqiyasının təkminləşdirilməsi və yeni üzvlərin cəlb edilməsilə bağlı işin təşkili
  • Təşkilata üzvlərin cəlbi  strategiyasının işlənib hazırlanması
  • Üzvlük proseslərinin təkmilləşdirilməsi
  • Təşkilatın məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
  • Dövri hesabatların hazırlanması və təhlili
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil( İdarəçilik və maliyyə sahələri arzu olunandır)
  • Qeyd olunan vəzifə üzrə 2 il iş təcrübəsi
  • Biznes ideyasının yaradılması, inkişafı və iş təhlili
  • İşgüzar danışıqlarda ən az 2 illik təcrübə
  • Müqavilələrin aparılmasında təcrübə
  • Azərbaycan, İngilis və Rus dillərini səlis bilmək
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını yaxşı səviyyədə bilmək

Bacarıqlar:

  • Kommunikasiya və ünsiyyət bacarıqları
  • Analitik yanaşma və təhlil
  • Problem həll etmə bacarıqları
  • Təqdimat bacarıqları
  • Vaxt idarəetmə bacarıqları

Qeyd olunan tələblər cavab verən şəxslər öz CV-ni mövzu hissəsində “Üzvlər üzrə menecer” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

VAKANSİYA 21

Company

1C operator

 Son tarix 12 avq 2022 [email protected]

Tələblər:

  • Yaş 22-30
  • Analitik təhlil qabiliyyəti;
  • MS Excel proqramı ilə yükək səviyyədə işləmək bacarığı;
  • 1С 8.3. Proqramında işləmək bacarığı
  • Rus dili biliyi mütləqdir 

Əmək haqqı 500-600

İş qrafiki 6 gün 09 00-18 00

Nahar şirkət tərəfindən qarşılanır.

Görüləcək işlər:

  • Malların ekspeditorlara təhvil verilməsi və ekspeditorlardan təhvil alınaraq anbara təhvil verilməsi
  • Debitor və kreditor borcların nəzarəttə saxlanması
  • Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması
  • Anbar Sayımlarının aparılması 
  • Sənədlərlə işləmə bacarığı
  • 1C(8.3 mühasibatlıq) təcrübə mütləqdir
  • MS Office proqramlarında işləmək bacarığı
  • Baş mühasibin və rəhbərliyin tapşırdığı digər işlərin görülməsi
  • İşində diqqətli, məsuliyyətli, kollektivlə işləmək bacarığı.

VAKANSİYA 22

Azerconnect

HSE Specialist (Nakhchivan AR)

 Son tarix 22 iyl 2022 – Müraciət et

Function: HSE Department
Working schedule: 5 days a week, from 09:00 to 18:00. Based on nature of the work you will be able to work from office and from home
Deadline to apply: 21/07/ 2022

Your responsibilities as HSE Specialist:

  • To supervise the performance of hazardous work in radio input network operations, check the availability of work permits for hazardous operations (altitude, electricity)
  • To carry out monthly field inspections on Occupational Safety and Health, preparation of reports
  • Strictly monitor the use of Personal Protective Equipment in Azerconnect’s work areas
  • Do not allow work to be done without the required clothing
  • If necessary, travel to the regions (during Inspections and Emergencies)
  • To monitor the implementation of corrective action
  • To provide radio base stations with the necessary Security Signs
  • To control the supply of radio base stations with fire extinguishers
  • To check the Personal Protection Means and Tools of the Azerconnect staff working in Radio Network operations every 6 months, as well as to monitor the compliance of contractors and subcontractors working in radio network operations with the safety requirements and to check the PPE of their employees
  • To control the observance of Occupational Safety and Health in all places of AZRC, including in the office, (RAN), local area networks, vehicles and any other objects under the control of AZRC
  • To control the implementation of hazardous work in the field, give pre-work instructions
  • To regular inspection of places, areas, objects and tools of AZRC and organize and conduct tests on occupational safety and health
  • To provide management with weekly key performance reports, presentation notes, and other reports required by the supervisor
  • To assist the incident investigation committee in investigating the incidents, submit timely initial incident reports to find the root causes
  • Hazard identification and risk assessment by type of work
  • To conduct initial and re-assessment of environmental aspects.

Position requirements:

  • Recognize our radio network areas
  • Ability to identify and analyze hazards in areas
  • Availability of technical knowledge
  • Ability to assess risk and analyze risks
  • General knowledge of IP and TT
  • Team work and collaboration skills
  • Reporting skills
  • Timely approach and operational support to events that occur 7/24 due to work obligation

Applications will be reviewed against position requirements and only shortlisted candidates will be contacted.

Funksiya: SƏTƏM şöbəsi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz

Son müraciət tarixi: 21/07/ 2022

SƏTƏM üzrə mütəxəssis olaraq Sizin vəzifə öhdəlikləriniz:

  • Radio giriş şəbəkə əməliyyatlarinda  təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət, təhlükəli əməliyyatlara (hündürlük, elektrik,) icazə sənədlərinin (work permit) olmasının yoxlanılması
  • Aylıq Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə sahə yoxlamalarını aparmaq, hesabatların hazırlanması
  • Azerconnectə məxsus iş sahələrində Fərdi Mühafizə vasitələrinin istifadəsinə ciddi nəzarət etmək
  • Tələb edilən geyim olmadan işlərin görülməsinə icazə verməmək
  • Zəruri olan təqdirdə regionlara ezamiyyətə yola düşmək (Yoxlama və Fövqəladə hallar zamanı)
  • Korrektiv fəliyyətin icrasına nəzarət etmək
  • Radio baza stansiyalarını zəruri Təhlükəsizlik Nişanları ilə təmin etmək
  • Radio baza stansiyalarının Yanğın söndürən balonlarla təmin edilməsinə nəzarət etmək
  • 6 Aydan bir Radio Şəbəkə əməliyyatlarinda çalışan Azerconnect heyətinin FMV-ni və Alətlərini yoxlamaq, həmçinin radio şəbəkə əməliyyatlarında çalışan podrat və sub-podratçıların gördükləri işlərin təhlükəsizlik tələblərinə uyğun görülmələrinə nəzarət və işçilərinin FMV-ni yoxlamaq
  • AZRC-nin bütün məkanlarında o cümlədən, ofisdə, (RAN) yerli şəbəkə sahələrində, nəqliyyat vasitələrində və AZRC-in idarəsində olan hər hansı başqa obyektlərdə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasına riayət olunmasına nəzarət etmək
  • Sahədə təhlükəli işlərin yerinə yetirilməsinə nəzarət etmək, iş öncəsi təlimatlar vermək
  • AZRC-in yerləri, sahələri, obyektləri  və alətlərinin mütəmadi yoxlanılması,  Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə sınaqlarının təşkil edilməsi və keçirilməsi
  • Rəhbərliyi həftəlik əsas fəaliyyət hesabatları, təqdimat qeydləri və rəhbərin tələb etdiyi digər hesabatlarla təmin etmək
  • Hadisə təhqiqat komitəsinə hadisələrin araşdırılmasında kömək etmək, kök səbəblərin tapılmasi üçün vaxtında ilkin hadisə hesabatlarını təqdim etmək
  • İşlərin növləri üzrə təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi
  • Ekoloji aspektlərin ilkin və təkrar qiymətləndirilməsini aparmaq.

Vəzifənin tələbləri:

  • Radio şəbəkə sahələrimizi tanımaq
  • Sahələrdə təhlükələri ayırd etmə və təhlil etmə bacarığının olması
  • Texniki biliklərin olması
  • Risk qiymətləndirmə və riskləri təhlil etmə bacarığı
  • ƏM və TT haqqında ümumi məlumatın olması
  • Komanda şəklində işləmə bacarığı
  • Hesabat hazırlama bacarığı
  • İş öhdəliyindən dolayı 7/24 baş vermiş hadisələrə vaxtında yanaşma və operativ dəstək

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

VAKANSİYA 23

VMF

Kamera nəzarətçisi

 Son tarix 11 avq 2022 – [email protected]

Öhdəliklər:

  • Təhlükəsizlik kameraları vasitəsilə işçiləri, ərazini və obyektləri izləmək;
  • Hadisələrə qarşı diqqətli davranmaq;
  • Video arxivlə işləmək;
  • Video görüntüsü və yaxınlaşdırılması super olan İP CCTV kameralar, bundan əlavə hi lockvision və s. kamera sistemləri işləmək;
  • Bütün video yazıları yaddaşda saxlayan DVR aparatlarını idarə etmək;
  • Baş verən hadisələrlə bağlı rəhbərliyə vaxtında məlumat vermək;
  • Daxili təhlükəsizlik qaydalarına daim əməl olunmasına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqların yerinə yetirilməsi və s

Tələblər:

  • Yaş : 19 – 35
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
  • Detallara fikir vermək;
  • Diqqətli;
  • Komandada işləmə bacarığı, çeviklik və məsuliyyətlilik bacarığı.

Əmək haqqı – 500.00azn

İş yeri: Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov pr, 5.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “ Kamera nəzarəti üzrə mütəxəssis “ qeyd edərək e-ünvanına göndərə bilərlər.

VAKANSİYA 24

AZ Logistika

Mühafizəçi

 Son tarix 13 avq 2022 – [email protected]

Öhdəliklər:

  • Buraxılış-nəzarət sisteminin həyata keçirilməsi;
  • Müəssisə ətrafını nəzarət altında saxlamaq;
  • Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandırma işini görmək.
  • Ərazidə kənar şəxslər müşahidə edildikdə dərhal aidiyyatı üzrə məruzə etmək;
  • İşçilərin üzərinə baxış keçirmək.

Tələblər:

  • Fiziki sağlam olmalı;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Çevik və doğru qərar vermə bacarığı;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik kimi şəxsi keyfiyyətlərə malik olmalı.
  • Boy: 175 sm yuxarı
  • Hərbi bilet mütləq olmalıdır.

Nahar şirkət tərəfindən verilir.

Servis xidməti var.

VAKANSİYA 25

Veliev MMC

Baş mühasib

 Son tarix 13 avq 2022 – [email protected]

Vəzifə və Öhdəlikləri:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsi və ona nəzarət;
  • Operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təmini;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkili;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtibi.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 5 ildən çox iş təcrübəsi;
  • Müvafiq qanunvericilik, akt və normalarını bilmək;
  • Mükəmməl səviyyədə Excell və LOGO bilikləri;
  • Komandanı effektiv idarə etmək, risk götürmək və yenilik etmək, problemlərin həlli və qərarların qəbulu;
  • İstehsalat sahəsində iş təcrübəsi olanlara və Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcək;

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri, St. Sumqayıt
  • İş rejimi: 5 günlük
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Baş mühasib” qeyd edərək elektron ünvanına göndərə bilərlər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

VAKANSİYA 26

Sinteks Group of Companies

Korporativ Satışlar üzrə Menecer (Qida və İçki Sahəsi)

 Son tarix 13 avq 2022 – [email protected]

Sinteks Şirkətlər qrupuna hal hazırda Korporativ Satışlar üzrə Menecer (Qida və İçki Sahəsi) tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu rol brendin korporativ satışlarını təşkil edir. 

Vəzifə öhdəlikləri:

  • Korporativ satışları təşkil edir və artırır 
  • Məhsulların kataloqunun vaxtı-vaxtında təkmilləşdirir  
  • Klient bazasını təşkil edir və artırır
  • Təyin olunmuş potensial müştərilər ilə görüşür və məhsullar barəsində prezentasiya və kataloq vasitəsi ilə məlumat verir, onların tələblərinə uyğun məhsul təklif edir
  • Bazarda olan trendləri izləyir və ona uyğun məhsulları istehsalata sifariş edir
  • Sifarişlərin müştərilərə çatdırılmasını təşkil edir
  • Sifariş olunan məhsulların keyfiyyətinə nəzarət edir

Əsas tələblər: 

Təhsil:

  • Müvafiq sahədə bakalavr dərəcəsi arzuolunandır

Təcrübə:

  • Müvafiq sahədə (qida sektorunda) ən az 1 il iş təcrübəsi

Professional Biliklər:

  • MS Office proqramlarını yaxşı bilmək

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • İdarəetmə bacarığı
  • Ünsiyyət bacarıqları
  • Danışıqların aparılması
  • Təqdimat bacarıqları
  • Analitik düşüncə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Korporativ Satışlar üzrə Menecer (Qida və İçki Sahəsi)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

We are currently looking for Corporate Sales Manager (F&B Industry) to join Sinteks Group of Companies.

To the attention of candidates: Please pay attention to the requirements and highlight the relevant knowledge and skills in the CV.

The role of the position:

This role organizes the brand’s corporate sales.

Job responsibilities:

  • Organizes and increases corporate sales
  • Updates the catalog of products from time to time
  • Organizes and increases the client base
  • Meets with designated potential customers and provides information about products through presentations and catalogs, offers products according to their requirements
  • Follows the trends in the market and orders the corresponding products for production
  • Arranges delivery of orders to customers
  • Controls the quality of ordered products

Main requirements:

Education:

  • Bachelor’s degree in related field is desirable 

Experience

  • At least 1 year of work experience in the relevant field (F&B Industry).

Professional Knowledge:

  • Good knowledge of MS Office programs 

Professional Skills and Competencies:

  • Management skills
  • Communication skills
  • Negotiation skills
  • Presentation skills
  • Analytical skills

Interested candidates can send their CV’s by mentioning “Corporate Sales Manager (F&B Industry)” in the subject line. 

VAKANSİYA 27

Veysəloğlu MMC

Müştəri xidmətləri təmsilçisi

 Son tarix 13 avq 2022 – [email protected]

Veysəloğlu MMC-nin İçkilər üzrə Biznes inkişafı departamentinin energetik içki şirkəti(Redbull) universitet tələbələrini “Müştəri xidmətləri təmsilçisi” vakansiyası  üzrə əməkdaşlığa dəvət edir.

İş yeri: Bakı şəhəri

Vəzifə funksiyaları: 

  • Məhsulun müsbət sınaqdan keçirilməsini təşviq etmək, məlumatlandırmaq və müxtəlif ehtiyac anlarında məhsulların istehlakını tənzimləməkdə kömək etmək üçün istehlakçılara müraciət etmək
  • Satışın təşviqi, merçendayzinq və digər satışa dəstək tədbirləri vasitəsilə yerində və kənarda satışlarımızı dəstəkləyəcək fəaliyyətlər göstərmək
  • Tədbirlərdə maximum operativ iştirak etmək,fəaliyyətlər sərgiləmək.

Tələblər:

  • Komandada işləmək bacarığı
  • 1- 4 kurs tələbələri 
  • Xoş görkəmə malik olması
  • Nizam-intizamlı olması
  • Mükəmməl ünsiyyət və təşkilatçılıq bacarığının olması
  • Sürücülük vəsiqəsi arzuolunandır
  • Yüksək səviyyədə Azərbaycan,Rus dili biliyi

İş qrafiki: 5 günlük

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Müraciət qaydaları: CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Müştəri xidmətləri təmsilçisi” yazıb göndərməklə müraciət edilir.

VAKANSİYA 28

Logist LLC

Logistik Operator

 Son tarix 13 avq 2022 – [email protected]

Vəzifələr:

  • Proqramda mal-materialların izlənməsi və məlumatın hesabat şəklində işlənməsi;
  • Xüsusi proqramda müvafiq düzəlişlərin aparılması;
  • Satınalama və loqistika şöbəsi üçün hesabatların tərtib edilməsi.
  • Malların və nəqliyyat vasitələrinin inventarlaşdırılması və nəzarət
  • Ölkə daxili çatdırılma sənədlərinin təqibi və bu fəaliyyət üzrə mövcud hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi
  • Daxili çatdırma sənədlərinin arxivləşdirilməsinin təmin olunması

Namizədə tələblər:

  • Office proqramlarından sərbəst istifadə etmək
  • 1C programını bilmək
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq
  • Kollektivlə işləmə bacarığı
  • Operativ, gördüyü işə cavabdehlik
  • Rus dili , ingilis dili üstünlükdür
  • Qeyd: Bütün qeyd edilən öhdəliklər üzrə müəəyyən edilmiş müddətdə tam şəkildə təlimlər keçiriləcəkdir.

İş qrafiki həftə içi 12:00 – 21:00, istirahət günü – şənbə, bazar AR qanunvericiliyinə əsasən sənədləşmə

Telefon danışıq haqqının verilməsi

Əmək haqqı müsahibəyə əsasən təyin olunur.

İş yeri Lökbatan ərazisində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-lərini poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər.

VAKANSİYA 29

Holiday Inn Baku

Front Office Agent

 Son tarix 13 avq 2022 – [email protected]

Requirements:

  • Work experience as a Front Office Agent;
  • Good knowledge of Azerbaijan, Russian and English;
  • Knowledge of Opera system;
  • Service orientation and excellent organizational skills;
  • High communication skills;
  • Good looking.

Candidates are requested to send their Application Forms/CVs.

VAKANSİYA 30

Sharaf Media

SMM mütəxəssisi

 Son tarix 12 avq 2022 – [email protected]

Namizədə tələblər:

  • Əla səviyyədə Azərbaycan dili biliyi
  • SMM sahəsində minimum 1 il iş təcrübəsi
  • İşində dəqiq və operativ olmaq, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək

İş haqqında:

  • Sosial şəbəkələrdə səhifələrin idarə edilməsi
  • Postlar üçün kontentin hazırlanması
  • İdarə olunan səhifələrin nümayəndələri ilə danışıqların aparılması
  • Əmək haqqı – 500-700 AZN bilik və bacarıqlara əsasən
  • İş günləri: B.e.-Cümə
  • İş vaxtı: 10:00-18:00
  • AR əmək məcəlləsinə uyğun rəsmiləşmə

CV və Portfolio “SMM” başlığı ilə gözləyirik.

fed.az