Riqa limanından anbarları taxılla dolu 38 gəmi yola salınıb

257

Riqa limanında fəaliyyət göstərən stividor şirkətləri taxıl saxlama və aşırma qabiliyyətini 2022-ci ildə 300 min ton artıraraq 7,5 milyon tona çatdırıblar.

Avqust ayında limanda aktiv taxıl aşırılması mövsümü başlayıb: indiyədək Riqa limanından göyərtəsində 500 min ton yerli taxıl olan 38 gəmi yola salınıb.

Sentyabrda taxıl yükləri aşırılması həcminə görə limanda ən böyük qrup olub, 2022-ci ilin səkkiz ayında isə ümumi yük dövriyyəsinin 10%-ni təşkil edib.

Latviyada istehsal olunan taxılın təxminən 30%-i ölkədə qalır, qalan hissəsi isə dünyanın 30-dan çox ölkəsinə ixrac edilir. “Latraps” kənd təsərrüfatı xidmətləri kooperativinin idarə heyətinin sədri Roberts Stripnieksin bildirdiyinə görə, əsas satış bazarları Afrika (Uqanda, Misir, Nigeriya) və Aİ ölkələridir (Niderland, Danimarka, Böyük Britaniya).

“Seanews.az”