İranın gündəlik neft hasilatı 3 milyon barrelə yüksəlib

253

İranda gündəlik neft hasilatının 3 milyon barel səviyyəsinə çatmasını hökumətin iclasında neft naziri Cavad Oudji bəyan edib

Əvvəllər İslam Respublikasında gündəlik neft hasilatı 1-2 milyon barel arasında dəyişirdi. “Tətbiq edilən innovativ həllər sayəsində yüngül fraksiya neftinin gündəlik hasilatını 200 min barel artırmaq mümükün olub”, – deyə “Tasnim” agentliyi Oudjidən sitat gətirib.

Payızda məlum olub ki, İran ilinin sonuna (21 mart 2023-cü il) ölkənin neft hasilatını gündəlik olaraq 4 milyon barrelə çatdırılması planlaşdırılır.

“İran Milli Neft Şirkətinin (NIOC ) baş icraçı direktoru Möhsün Xocastemehrin dəstəyi və törəmə şirkətlərə ünvanlanan lazımi göstərişlərdən sonra İran ilinin sonunadək gündəlik hasilatı 4,038 milyon barrelə çatdırmağı qarşımıza məqsəd qoymuşuq”, -deyə NIOC-un neft şöbəsinin rəhbəri Hormoz Qalavand “Şana” agentliyinə bildirib.

Qeyd etmək lazımdır ki, hətta indi də İran Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası halında dənizə neftlə dolu tankerləri dərhal göndərə bilər. Analitiklər Fars körfəzində, Sinqapur sahillərində və Çin yaxınlığında gəmilərdə saxlanılan 93 milyon barel İran neft və qaz kondensatı olduğunu bildirirlər. Eləcə də İranın qurudakı anbarlarında daha kiçik həcmdə də olsa neft ehtiyatlarının olduğunu təxmin edirlər.

Bütövlükdə, bu ehtiyatlar Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, bu ilin orta gündəlik qlobal tədarükü ilə müqayisə edilə bilər – gündə 100 milyon barel. “Bloomberg” agentliyi qeyd edir ki, JCPOA üzrə razılıq əldə olunarsa, İran nefti qısa müddətdə qlobal bazara çıxarıla bilər.

JTD Energy Services-in direktoru John Driscollun fikrincə, İran tezliklə bazara çıxarıla biləcək neftlə yüklənmiş xeyli tankerə malik olmasına baxmayaraq, Tehrandan sanksiyalar götürüldüyü təqdirdə belə, sığorta və nəqliyyat məsələlərinin həllinə, həmçinin spot və fyuçers sövdələşmələrinin təşkilinə müəyyən zaman gərək olacaq.

Caspian Barrel