Türkiyənin Qara dəniz sahillərində quru yük gəmisində partlayış baş verib

235

Türkiyənin Qara dəniz sahillərində quru yük gəmisində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Hadisə nəticəsində itkin düşən 16 nəfər xilas edilib.

Telekanalın məlumatına görə, gəmi Trabzon limanında kömür yükləmək üçün Panama bayrağı altında üzüb. Hadisə, ilkin məlumatlara görə, qaz sızması nəticəsində baş verib.

Gəmi heyətinin əksəriyyəti misirli olub, aralarında Albaniya, Gürcüstan və Ukrayna vətəndaşları da var.