“Azerbaijan Fish Farm” sayəsində Azərbaycan kürüsü yenidən əlçatan oldu – FOTO

513

Azərbaycanda balıqçılıq sənayesinin ən böyük investoru olan ”Azerbaijan Fish Farm” şirkətinin layihələri yeni balıq təsərrüfatlarının yaradılmasına və Xəzər dənizində biomüxtəlifliyin bərpasına yönəlib.

Qara kürü orqanizm üçün aşkar faydalara malikdir. Bu məhsul, eyni zamanda çoxlarına uşaqlıqdan tanış olan, hər zaman yalnız müsbət emosiyalar və bayram əhvali-ruhiyyəsi ilə assosiasiya olunan unudulmaz dada malik vitamin və mikroelementlərin təbii mənbəyidir.

Əsrlər boyu nəfislik və həzzin simvolu hesab olunan və olmaqda da davam edən qara kürü “Azerbaijan Fish Farm” sayəsində yenidən əlçatan oldu. Azərbaycanda istehsal olunan qara kürüyə əvvəlki şöhrətini qaytaran məhsul nərəkimilər dəstəsinə aid çökə balığı, nərə, uzunburun balıq və bölgə balığı kimi balıqlardan hazırlanır. Qeyd edək ki, “Azerbaijan Fish Farm” şirkətinin Rusiya, Türkiyə, Yeni Zelandiya, ABŞ, Sinqapur, Çin və Birləşmiş Ərəb Əmirliklərinə rəsmi şəkildə ixrac etdiyi Azərbaycan kürüsü bu ölkələrdə inanılmaz uğur qazanıb.

Azərbaycanda qara kürünün istehsalı çoxillik tarixə malikdir. Belə ki, Azərbaycanda nərəkimilərin yetişdirilməsi üzrə ilk zavod 1954-cü ildə Neftçala rayonunda, Kür çayının dəhnəsinə yaradılıb. Sonradan həmin zavod “Azerbaijan Fish Farm” şirkəti tərəfindən təkmilləşdirilmiş və ən müasir texnologiyalarla modernləşdirilmişdir. Nərə balıqlarının nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olmasını nəzərə alan “Azerbaijan Fish Farm” istehsala şüurlu, təbiətə isə qayğı ilə yanaşaraq Kür və Araz çaylarının mənsəbində müvəqqəti dəniz qoruğunun yaradılmasını dəstəkləyir. Qara kürü alan hər bir alıcı Xəzər dənizinin təbii sərvətlərinin bərpasında bilavasitə fəal iştirak etmiş olur, belə ki, “Azerbaijan Fish Farm” MMC satılan hər kürü bankasının əvəzində 10 nərə sürfələri balığın dənizə buraxılmasını təmin edir.

“Azerbaijan Fish Farm” şirkətinin klassik Xəzər nərə balıqlarından hazırlanmış məhsullarının ən üstün xüsusiyyəti yüksək keyfiyyətə və hər birimizə uşaqlıqdan yaxşı tanış olan təbii dada malik olmasıdır. “Azerbaijan Fish Farm” bu unikal məhsulu əlçatan dəbdəbəyə çevirib, belə ki, artıq çökə balığından əldə olunan bir banka kürü cəmi 70 AZN-ə təklif olunur. Zərif dada malik qastronomik delikates hesab olunan çökə balığının kürüsü qurmanlar üçün dadı ağızlardan getməyən əsl həzz deməkdir. Bu premium məhsul ən yüksək keyfiyyəti və tamamilə təbii olması ilə seçilir. Tərkibində konservantlar, boyaq maddələri, gücləndiricilər və ya zərərli əlavələr yoxdur. Məhsul sağlamlıq üçün də çox faydalıdır.

Bu növ kürünü yalnız “Azerbaijan Fish Farm”ın “Bravo” supermarketlər şəbəkəsindəki balıq bölmələrindən və “Yaşıl Bazar” ərazisində yerləşən firma mağazasından əldə etmək mümkündür.

“Bravo” supermarketlərinin ünvanları

– Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 2;

– Nizami rayonu, Heydər Əliyev prospekti 172 (“Koroğlu” m/s yaxınlığında);

– Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, “Gənclik Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsi;

– Nəsimi rayonu, Tbilisi prospekti 3007, (“20 Yanvar” m/s yaxınlığında);

– Nəsimi rayonu, Azadlıq prospekti 15a/4, “28 Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsi;

– Səbail rayonu, Neftçilər prospekti, 92, “Dəniz Mall” ticarət mərkəzi;

– Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, 6B (20-ci sahə)

– Xətai rayonu, Babək pr. ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsi (Xətai m/s yaxınlığında);

– Xətai rayonu, 8 noyabr prospekti, 102B;

– Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 4;

– Xəzər rayonu, Sergey Yesenin küçəsi, 350 (Şüvəlan qəsəbəsi, Polis Akademiyası ilə üzbəüz);

– Xəzər rayonu, Binə qəsəbəsi

– Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi;

“Yaşıl Bazar”ıünvanı

– Nərimanov rayonu, Xətai prospekti, 25, 24A nömrəli balıq və kürü mağazası

Əlaqə vasitələri: Bravo” – +99451-201-73-65; “Yaşıl Bazar” – +99455-218-30-88.

E-poçt ünvanı – [email protected]

Sosial şəbəkələr – Instagram”, Linkedin