“Fikrət Əmirov” gəmisinin matrosu vəfat edib

1517

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Fikrət Əmirov” gəmisinin matrosu Hamlet Rzazadə vəfat edib.

Hamlet Rzazadə 6 may 1968-cı ildə Lerik rayonunda anadan olub.

1986-cı ildə matros-motorçu ixtisası üzrə Bakı Dənizçilik Məktəbini bitirib.

O, 1988-ci ildə matros kimi üzən heyətin sıralarına qoşulub. Daha sonralar “Şair Sabir”, “Hüseyn Cavid”, “Qara Qarayev” “Azərbaycan” gəmilərində 1-ci dərəcəli matros və matros vəzifələrində çalışıb.

Bütün həyatını şərəfli dənizçi peşəsinə həsr edən Hamlet Rzazadənin son iş yeri “Fikrət Əmirov” gəmisi olub.

Ailəli olub, özündən sonra iki övladı yadigar qalıb.

Hamlet Rzazadə həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qalıb. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından Hamlet Rzazadənin vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!