Quru yükləri daşıyan gəmilər

314

Gəmi ilə daşımalarda əsas yerlərdən birini quru yüklər təşkil edir. Belə yüklərin daşınması üçün inşa edilən gəmilər həm kontruksiyasına, həm də təchizatına görə digər gəmilərdən fərqlənir.

Bu gəmilər səpilən, qalaqla yığılan, xüsusi standartlara cavab verən konteynerlərdə yerləşdirilən və digər quru yükləri daşımaq üçün nəzərdə tutulub.

Üzmə zamanı təhlükəsizliyi artırmaq üçün belə gəmilərin ikiqat dibi və gövdəsi olur. İki göyərtədən və böyük həcmli yük anbarlarından ibarət bu növ gəmilərdə daşınma zamanı xüsusi temperatur şəraiti tələb edən yüklər üçün soyuducu anbar da nəzərdə tutulur.

Hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının balansında 14 quru yük gəmisi mövcuddur.  Bu gəmilərlə Xəzərdə və Xəzərdənkənar su hövzələrində müxtəlif növ yüklərin daşınması həyata keçirir.

Quru yük gəmiləri ilə daşınması mümkün olan bəzi yükləri isə aşağıdakı qaydada qruplaşdırmaq mümkündür:

Dəmir yüklər

Bu materialdan əsasən polad istehsalı üçün istifadə edilir.

Kömür

Sənayedə və elektrik enerjisinin istehsalında istifadə olunur.

Dənli bitkilər

Buğda, qarğıdalı, eləcə də bu tip digər yüklər gəmilərdə səpilmiş formada və kisələrdə daşınır. Belə yüklər qida məhsullarının hazırlanması və heyvandalıq üçün nəzərdə tutulur.

Gübrələr

Karbomid və ammonium nitrat gübrələrinin istehsal olunduğu yerlərdən birbaşa bölüşdürülmə mərkəzinə və ya istifadə olunduğu yerlərə daşınması həyata keçirilir.

Külək turbininin komponentləri

Bərpa olunan enerjiyə tələbatın artması ilə əlaqədar quru yük gəmiləri ilə belə turbinlərin iri hissələrini – pərləri və qüllə hissələrini daşıyırlar.

Meşə ağacı məmulatları

Bu cür yüklər bir-birinə bağlanmış vəziyyətdə daşınır. Həmçinin bu yüklər dağılmamaq üçün gəmidə xüsusi avadanlıq vasitəsilə bərkidilir.

Sement

Quru yük gəmiləri ilə inşaat prosesində tikinti materialı kimi istifadə olunan sementi də nəql etmək mümkündür.

Polad məmulatlar

Balkerlər tikintidə və istehsalatda istifadə edilən rulon və təbəqələrdən boru və tirlərədək müxtəlif polad məmulatları daşıya bilirlər.

seanews.az