Xəzər Dəniz Neft Donanmasında “Dünyaya sağlam baxaq” devizi ilə göz müayinəsi aksiyası təşkil olunub

248

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında (XDND) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Dünyaya sağlam baxaq” devizi altında  göz müayinəsi aksiyası keçirilib.

“Paşa Sığorta” ASC və Dünyagöz Xəstəxanasının tərəfdaşlığı ilə keçirilən profilaktiki tibbi aksiya çərçivəsində oftalmoloqlardan ibarət heyət XDND və bura yaxın ərazidə yerləşən digər strukturların əməkdaşlarını müayinələrdən keçirib.  İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun onlara müalicə ilə bağlı tövsiyələr veriblər.

Qeyd edək ki, oftalmoloq-həkimlər aksiya çərçivəsində 11 apreldə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda, 13 apreldə “Bibiheybət” Gəmi Təmiri Zavodunda, 17 apreldə ASCO-nun aparatında, 19 apreldə Azərbaycan Dövlət Dəniz Akademiyasında olacaqlar. ASCO-nun tərkibində fəaliyyət göstərən digər strukturlarda çalışan əməkdaşlar isə qeyd olunan tarixlərdə özlərinə yaxın ərazidə yerləşən idarəyə yaxınlaşmaqla müayinədən keçə bilərlər.

Tədbirin məqsədi göz xəstəlikləri ilə bağlı monitorinqin aparılması və tibbi məsləhətlərin verilməsindən ibarətdir.

ASCO.AZ