Azərbaycan idmançısı Avropa çempionatında iştirak edəcək

225

Azərbaycan Yelkən Federasiyasının idmançısı Fidan Ağazadə 2023 ILCA 4 gənclərin Avropa çempionatında iştirak edəcək.

Qurumdan “Report”a verilən məlumata görə, turnir 15-23 aprel tarixlərində İspaniyanın Kadiz şəhərində baş tutacaq.

2023 ILCA 4 gənclərin Avropa çempionatında Fidan Ağazadə ilə yanaşı, Azərbaycanı federasiyanın vitse-prezidenti Burcu Algon Giorgianni komanda rəhbəri kimi təmsil edəcək.