ASCO əməkdaşları arasında voleybol turniri keçirilib

277

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında voleybol turniri keçirilib.

Voleybol turnirinin qalibi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun komandası olub. Sonrakı yerləri “Bibiheybət” Gəmi Təmiri Zavodu və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşlarından ibarət digər komanda tutub.

Qaliblərə diplom və hədiyyələr verilib.

Qeyd edək ki, ASCO-nun idman üzrə 2023-cü ilə dair illik planına əsasən Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə baş tutan turnirin təşkilində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.