United Alliance Group şirkətinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

365

United Alliance Group şirkətinin kollektivi mayın 10-da Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Şirkətin əməkdaşları Ulu Öndərin məzarı önünə tər çiçək dəstələri qoyub, Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər.

Qeyd edək ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Azərbaycanın yeni tarixinin bütöv bir qərinəsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.