Bakı Limanının kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

281

Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Bakı Limanı kollektivi Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.

Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə güllər düzülüb.