Bakı Limanı Münhendə keçirilən “Nəqliyyat və Logistika – 2023” sərgisində təmsil olunub

370

Almaniyanın Münhen şəhərində keçirilən “Nəqliyyat və Logistika – 2023” sərgisində Avroasiyanın əsas logistika mərkəzlərindən olan Bakı Limanı da təmsil olunub. Dünyanın ən aparıcı nəqliyyat və logistika şirkətlərinin xidmətlərini təklif etdiyi bu beynəlxalq sərgidə, Bakı Limanın da təmsil olunduğu Azərbaycan stendinə böyük maraq qeydə alınıb. Bakı Limanının mütəxəssisləri tərəfindən iştirakçılara limanda təqdim edilən xidmətlərlə bağlı ətraflı məlumat təqdim edilib, onların sualları cavablandırılıb.

Qeyd edək ki, 9-12 may tarixlərindən keçirilən “Nəqliyyat və Logistika – 2023” sərgisində Bakı Limanı ADY-nin törəmə şirkətləri olan “ADY Express” və “ADY Konteyner” MMC ilə birgə stendlə təmsil olunub. Münhen şəhərində təşkil olunmuş sərgidə 65 ölkəni təmsil edən 2500-ə yaxın şirkət iştirak edib. 1978-ci ildən etibarən iki ildən bir keçirilən “Nəqliyyat və Logistika” sərgisi dünyada miqyasına görə ilk beşliyə daxil olan beynəlxalq sərgidir. Bura avtomobil, dəmir yolu, su və hava nəqliyyatı ilə daşımalara həsr olunan ən böyük beynəlxalq platformadır.

Source:https://www.facebook.com/BakuSeaTradePort