18 may “Suraxanı” gəmi-muzeyində “Açıq qapı” günü olacaq

756

18 may “Suraxanı” gəmi-muzeyində “Açıq qapı” günü olacaq 

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar 18 may 2023-cü il tarixində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Açıq qapı” günü elan ediləcək.

Həmin gün muzeydə Xəzər dənizinin ekoloji mühitinin qorunmasına həsr edilmiş master-klass da təşkil ediləcək.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərmək üçün 1977-ci ildə təsis edilib. Bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “muzeylər dayanıqlılıq və rifah” mövzusuna həsr olunub.

“Suraxanı” gəmi-muzeyi olaraq mayın 18-də hər kəsi bir araya gəlməyə və muzeylərin dayanıqlı inkişaf və rifah üçün malik olduğu bütün transformativ potensialını həyata keçirməyə çağırırıq.

Source:https://www.facebook.com/photo/?fbid=544247567880941&set=a.382418080730558