Ceyhan limanı 5 milyon tondan çox yük qəbul edib

327

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin Adana şəhərində yerləşən Ceyhan limanı 5 milyon 499 min 491 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 90 min 802 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 5 milyon 408 min 689 ton yük daşınıb.

“2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin Ceyhan limanından 13milyon 899 min 688 ton tranzit yük aşırılıb”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyə limanları 33 milyon 600 min 55 ton yük qəbul edib.