Əziz abituriyentlər!

302

Qəbul imtahanlarının bütün mərhələləri başa çatdı. İndi ixtisas seçimi vaxtıdır.

Hər birinizə bu məsuliyyətli işdə diqqətli olmağı və tələsməməyi tövsiyə edirik. “Təki harasa daxil olum” fikrindən uzaq olmağa çalışın. Unutmayın ki, siz düzgün peşə seçməklə, həm də gələcəyinizi müəyyənləşdirirsiniz.

Bu il ADDA-ya qəbul olmaq istəyən dostlarımızı ixtisaslarımızla tanış etmək istəyirik.

İlk paylaşımda “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası haqqında məlumat verəcəyik.

Ötən il Azərbaycan bölməsi üçün bu ixtisasın minimal keçid balı 329, ingilis bölməsi üçün 488.8, rus bölməsi üçün isə 251.9 olub.

Bu ixtisası uğurla bitirən məzunlar Beynəlxalq Dəniz Təşkilatının üzvü olan dövlətlərin bayrağı altında üzən şirkətlərin gəmilərində kapitanın növbə köməkçisi, baş köməkçi və kapitan kimi məsul vəzifələrdə çalışa bilərlər.

Source:https://www.facebook.com/AzerbaijanStateMarineAcademy