Palau bayraqlı “Angel” gəmisi batıb 

372

Palau bayrağı altında üzən “Angel” konteyner gəmisi Qaosyun (Tayvan) limanı yaxınlığında batıb.

“Seanews.az” xəbər verir ki, bir gün əvvəl gəmi sol borta tərəf əyilib və limanı idarə edən Tayvan Beynəlxalq Liman Korporasiyası konteyner gəmisinə kömək etməyə çalışıb.

Bildirilir ki, gəmi hələ 4 iyulda müvəqqəti olaraq lövbər salmaq üçün liman rəhbərliyindən icazə istəyib. Cümə axşamı, iyulun 20-də 16145 TEU tutumlu konteyner gəmisi su götürüb və kapitan gəmini tərk etmək əmrini verib. Sahil Mühafizəsi 19 heyət üzvünün təxliyəsinə köməklik göstərib, onlardan biri yaralanıb və xəstəxanaya aparılıb.

Konteyner gəmisində 1349 boş konteyner olub, onlardan bəziləri dənizə düşüb.  Hadisə baş verən ərazidə daşımalara müvəqqəti məhdudiyyətlər qoyulub.