Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində yeni kadr təyinatı olub.

444

İdarənin əməkdaşı Teyyub Xəlilov Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə müdir təyin olunub. T. Xəlilovu kollektivə təqdim edən İdarə rəisi Fuad Süleymanov göstərilən etimada görə SOCAR rəhbərliyinə minnətdarlığını ifadə edib, ona fəaliyyətində nailiyyətlər arzulayıb.

Teyyub Xəlilov çıxış edərək göstərilən etimadı doğruldacağını, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Yeni təyinat münasibətilə Teyyub müəllimi kollektiv adından təbrik edir, uğurlar diləyirik.

Source:https://www.facebook.com/socarttsi