Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Bakı Gəmiqayırma Zavodunun partiya fəalları ilə görüşüb

266

13 sentyabr 2023-cü ildə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Bakı Gəmiqayırma Zavodunun partiya fəalları ilə görüşüb. Yığıncağı Ərazi Partiya Təşkilatının sədri Namiq Vəliyev açıb və tədbirin keçirilməsinin zəruriliyi ilə bağlı yığıncaq iştirakçılarını məlumatlandırıb. O, bu yığıncağın yerlərdə YAP fəalları ilə görüş olduğunu bildirib və həmin görüş barədə ərazinin partiya fəallarını qabaqcadan məlumatlandırdığını qeyd edib. Yığıncaqda YAP üzvü olmayan Gəmiqayırma zavodunun bir qrup işçiləri də iştirak edib. Görüş Bakı Gəmiqayırma Zavodunun akt zalında- qapalı məkanda keçirilib. YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə partiyada aparılan islahatlar, görülən müsbət işlər, Azərbaycan Respublikasının Prezidenti, YAP sədri, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ Vətən Müharibəsində əldə olunmuş Böyük Qələbə, həmin vaxtdan bu günə qədər dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasət, Azərbaycana olan təzyiq və qarayaxma kampaniyaları,Qarabağda aparılan quruculuq və bərpa işləri, köçkünlərin doğma ata-baba yurdlarına qayıdışı, Sülh prosesi və Ermənistanın bu prosesi uzatmaq üçün apardığı anti-Azərbaycan təbliğatı, Qərbi Azərbaycan icmasının fəaliyyəti və digər məsələlərdən bəhs edib. O, partiya üzvlərini daha fəal olmağa və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə dəstək verməyə çağırıb.

Yığıncaq iştirakçıları rayon partiya təşkilat sədrinin çıxışını diqqətlə dinləyib və deyilən fikirlərlə razı olduqlarını bildiriblər.

Source:https://www.facebook.com/bakushipyard