Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin fırtınalı hava şəraiti ilə bağlı məlumatı

495

  Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edir. Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji  Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.   Məlumata əsasən, oktyabrın 8-i günün ikinci yarısında Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin 10-u səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.    Həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasındamüşahidə ediləcək cənub-qərb küləyi sonrakı günlərdə şimal-qərb küləyi ilə əvəz olunacaq.           

  Açıq dənizdə küləyin surəti arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2.0-4.0 m., sonrakı inkişafda isə 4.5-6.5 m.çatacağı proqnozlaşdırılır.