“Əlif Hacıyev” gəmisi yenidən təmir olunacaq

935

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin istismarında olan (ETSN) “Əlif Hacıyev” Elmi Təqdiqat gəmisi yenidən təmir olunacaq.

Sfera.az-ın məlumata görə, gəmidə mərkəzdənqaçma şüşəsilənlərin mühərriklərinin podşipniklərinin və sarğılarının dəyişdirilməsinə ehtiyac yaranıb.

Bundan başqa mərkəzdənqaçma şüşəsilənlərin mühərriklərinin valı və bürünc vtulkaları torna dəzgahında hazırlanaraq dəyişdirilməlidir.

Gəmidə cari təmir işlərini “Texmarin Limited” şirkəti həyata keçirəcək. Nazirlik isə şirkətə bunun müqabilində 120.014,26 AZN ödəniş edəcək. (İqtisadiyyat.az)