Dövlət qurumu texniki xidmətlər alır- TENDER ELANI

247

Dövlət Dəniz və Liman Agentliyi açıq tender elan edir.

FED.az xəbər verir ki, elanda Uzaq Məsafədən Tanınma və İzləmə (UMTİ və ya LRİT) sisteminə proqram təminatının və texniki xidmətin satın alınması nəzərdə tutulur. 
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir . 
Satınalan təşkilatın VÖEN-i : 1703188621
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 2 B
Müsabiqənin başlama tarixi və vaxtı: 10.10.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 30.10.2023 15:05
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 07.11.2023 15:05
Zərflərin açılış tarixi və vaxtı: 10.11.2023 15:05
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmələr İcraçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, təhvil verilmiş mallara (iş və xidmətə) mütənasib olaraq, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə köçürmə yolu ilə aparılır
Çatdırılma yeri : Bakı şəhəri ,Səbail rayonu, Bayıl qəs., Xanlar küç 2B ( Dövlət Dəniz və Liman Agentliyinin inzibati binası)
Çatdırılma müddəti : Müqavilə bağlandığı andan 12 ay müddətinə
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər : 
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İxtisas göstəriciləri:
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün işçi qüvvəsi
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) –  Kənan Novruzov, İnformasiya texnologiyaları departamentinin direktoru və Elçin Әrbәşiyev, Təchizat və satınalmalar departamentinin Satınalmalar şöbəsinin müdiri.
Email:[email protected][email protected]
Əlaqə telefonu: 050-636-65-66, 055-927-97-47