İran Qətərin Şimal-Cənub dəhlizinə qoşulmasını dəstəkləyib

224

İran Qətərin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulması səylərini dəstəkləyir.

Bunu oktyabrın 15-də İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Qətərin nəqliyyat naziri Casim bin Saif bin Əhməd Əl Sulaiti ilə telefon danışığı zamanı deyib.

Söhbət zamanı tərəflər yaxın vaxtlarda Tehranda dəhliz ölkələrinin nəqliyyat nazirlərinin iştirakı ilə beynəlxalq görüşün keçirilməsinin vacibliyini qeyd ediblər.

Həmçinin iki ölkə arasında ticarət, iqtisadiyyat və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Mənbə: rossaprimavera.ru