“United Alliance Group”-da növbəti açıq qapı gününə start verilib

485

“United Alliance Group”da  dənizçilər üçün təşkil edilən növbəti “Açıq qapı” gününə start verilib. Görüşdə şirkətin partnyorluq etdiyi GN Group şirkətinin insan resursları üzrə müdir müavinləri Əli Əliyev və Yasin Ayaz iştirak ediblər. 

allmarinenews xəbər verir ki, nümayəndələr dənizçilərlə görüşərək onları maraqlandıran suallara cavab verib. Eyni zamanda onları narahat edən bir sıra problemlərin həlli yolunda maarifləndirici söhbətlər aparıb. 

Bununla yanaşı dənizçilik sahəsində şəffaflığın, heyət məmnunluğunun təmin olunması, habelə dənizçilərin xarici dövlətlərin beynəlxalq ticarət bayraqlı gəmilərinə işə düzəlmə prosesində kommunikasiya məsələlərinin möhkəmləndirilməsi istiqamətində şirkət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən məlumat verilib.

Ə.Əliyev görüş çərçivəsində mövcud vakansiyalar üzrə dənizçilərin xarici dövlətlərin beynəlxalq ticarət bayraqlı gəmilərə işə düzəldilməsi prosesində şirkət tərəfindən heç bir ödəniş və kommisiyanın alınmadığını vurğulayıb. O qeyd edib ki, açıq vakansiyalar üzrə şirkət tərəfindən dənizçilərin göndərdikləri cv nümunələri mərhələli şəkildə nəzərdən keçirilərək dəyərləndirilir. 

“Açıq qapı” layihəsi çərçivəsində “United Alliance Group”da mütəmadi olaraq dənizçilik şirkətinin nümayəndələri ilə dənizçilərin sosial rifahının yaxşılaşdırılması və onların xarici dövlətlərin beynəlxalq ticarət bayraqlı gəmilərində işə düzəlmə prosesində şəffaflığın təmin olunması məqsədi ilə bu kimi görüşlər keçiriləcək.

Qeyd edək ki, “Açıq qapı” 20 oktyabra qədər davam edəcək.

Görüşdə iştirak etmək istəyən dənizçilər öz CV nümunələri ilə 20 oktyabr saat 11:00-da ofisimizə yaxınlaşa bilərlər.