CMS nümayəndələri 17-ci Beynəlxalq Dənizçilik Sərgisi – Expomaritt Exposhipping İstanbul iştirak ediblər.

459

17-ci Beynəlxalq Dənizçilik Sərgisi – Expomaritt Exposhipping İstanbul, 11-14 oktyabr 2023-cü il tarixlərində İstanbulda “Qlobal Dənizçilik Sənayesi İstanbula Doğru!” şüarı ilə təşkil edilmişdir.

Türkiyənin gəmiqayırma və yardımçı sənaye sərgisi olan Expomaritt Exposhipping İstanbul 4 gün ərzində ideya və əlaqələrin mübadiləsi üçün İstanbulda 70-dən çox ölkədən minlərlə insanı bir araya toplayan qlobal tədbirdir. Bu sərgi dünyanın hər yerindən sənaye liderləri, peşəkarlar və novatorların ziyarət etdiyi, böyük əməkdaşlıqlar və yüzlərlə imkanlar üçün fürsətlər yaradan yüksək səviyyəli dənizçilik tədbiri hesab edilir.

CMS nümayəndələri sənayenin aparıcı mütəxəssislərini dinləmək, dənizçilikdə ən son yeniliklərdən xəbərdar olmaq, eləcə də dəniz sənayesinin yeni şikətləri ilə tanış olmaq məqsədilə tədbirdə iştirak ediblər.

Source:https://www.facebook.com/CaspianMarineServices