“Fukusima-1” AES-dən təxminən 55 min ton zəif radioaktiv su okeana axıdılacaq

175

Fövqəladə vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru olan “Terco” şirkəti aprel ayından etibarən il ərzində okeana 54,6 min ton zəif radioaktiv su axıtmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kyodo News” agentliyi yazıb.

Agentliyin məlumatına görə, bu həcm yeddi dəfəyə okeana axıdılacaq.

Qeyd edək ki, ötən ilin noyabrda Yaponiya “Fukusima-1” AES-dən suyun axıdılmasının üçüncü mərhələsini başa çatdırıb.